Yuxarı

"Bu xəbərlər qətiyyən həqiqətə uyğun deyil"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azinko" Holdinqdən son günlər bəzi media orqanlarında özünə yer alan xəbərə münasibət açıqlanıb.

Holdinqin hüquqşünası Zaur Abbasov afn.az-a bildirib ki, 23 noyabrda bir sıra saytlarda "Kərəm Həsənovun deputat qardaşının işçıləri həbs edildi" başlıqlı məqalədə göstərilənlər yalan məlumatdır: "Holdinqdə guya Vergilər Nazirliyinin əməkdaşları tərəfindən yoxlamaların aparılması, şirkətin bir neçə əməkdaşının həbs olunması ilə bağlı xəbərlər tamamilə yalan böhtan xarakterlidir, həqiqətə uyğun deyil. "Azinko" Holdinqdə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən hər hansı yoxlama aparılmır, deməli, şirkətin hansısa məsul şəxsi, yaxud texniki işçisinin həbsilə bağlı heç bir orqanın qərarı mövcud deyil. Bu səbəbdən də göstərilənlərin yalan və böhtan olduğunu deməkdən başqa sözümüz yoxdur. Bu kimi mətnlərin dərc edilməsi kimlərinsə şirkəti nüfuzdan salması istiqamətində fəaliyyətinin tərkib hissəsidir. Biz bütün medianı Vergilər Nazirliyinin əlaqədar qurumları ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə dəvət edirik".

Z.Abbasov qeyd edib ki, Holdinqin rəhbərliyi göstəriş verəcəyi təqdirdə Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq hüquqi addımlar atılacaq. Hüquqşünas onu da bildirib ki, yazıda adı çəkilən deputat Malik Həsənov "Azinko" Holdinqin rəhbəri deyil.

Tarix
2015.11.24 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla