Yuxarı

Nizami ilə bağlı səhv mərkəzi ayağa qaldırdı - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Mir" telekanalının direktoru Yekaterina Abramovaya və Mir DTRŞ-nin Azərbaycan Respublikasındakı Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadəyə etiraz məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda kanalın yol verdiyi yanlışlıqların tezliklə düzəldilməsi tələb olunur. Məktubun mətnini təqdim edirik:

"Mir" televiziya kanalının "180 minut novostey na zavtrak" proqramında dünyanın ən gözəl metro stansiyası kimi təqdim olunan Bakının "Nizami" metro stansiyasının "dahi fars şairi Nizami Gəncəvinin adını daşıyan metro stansiyası", stansiyanın arxitektoru – Azərbaycanın xalq memarı Mikayıl Hüseynovun isə "görkəmli sovet memarı" kimi təqdim olunması kanalın Azərbaycana, onun milli-mədəni tarixinə sayğısızlığın bariz nümunəsidir.

Məlumat üçün bildiririk ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü burada yaşayaraq yazıb-yaratmış, 1209-cu ildə orada da vəfat etmişdir. Əsərləri ilə dünyada dahi Azərbaycan şairi kimi tanınır. Həmçinin, verilişdə "sovet memarı" kimi təqdim olunan Mikayıl Hüseynov – tanınmış Azərbaycan memarıdır. Məlumat mətnində "Azərbaycan" adının bu sayaq "səliqə ilə" ört-basdır edilməsi, "Mir" adını daşıyan kanalınıza şərəf gətirmir. Deyilənlərin nəzərə alınmasını, xəbərə dair adıçəkilən verilişdə təkzib verilməsini zəruri hesab edirik".

Tarix
2015.11.24 / 16:16
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla