Yuxarı

Teatrdan çıxarılan xalq artisti danışdı: “Yalandır...”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi mətbuat orqanları yanlış xəbərlər yayırlar.

Bu sözləri xalq artisti Valeh Kərimov bir müddət əvvəl Gəncə Dövlət Dram Teatrında rejissor kimi çalışmağa başlaması ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib. Aktyor hələ ki, heç bir vəzifəyə təyin olunmadığını qeyd edib:

"Bildiyiniz kimi, uzun müddət çalışdığım Sumqayıt Dövlət Musiqili Dram Teatrından yaşımla əlaqədar olaraq uzaqlaşdırılmışdım. Sonra mətbuatda xəbərlər çıxdı ki, Gəncə Teatrında rejissor kimi işə qəbul olunmuşam. Bu, yanlış məlumatdır, mən rejissor kimi işə başlamamışam.

Hamı məndən soruşur ki, hansı səbəbə görə Gəncə Teatrında işə çıxmıram. Əslində, məsələ başqadır, mən orada müqavilə ilə bir tamaşada oynamalı idim. İndi həmin tamaşanı gözləyirəm, nə vaxt dəvət etsələr, gedib rol alacağam".

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda xalq artisti Valeh Kərimovun Gəncə Dövlət Dram Teatrına rejissor təyin olunması ilə bağlı xəbər yayılmışdı.

Tarix
2015.11.24 / 21:12
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla