Yuxarı

“PKK-ya silah verək, Türkiyəni dağıdaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündən sonra hər iki prezident daha soyuqqanlı addımlara üstünlük vermək məcburiyyətində qalacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu gərginləşən Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, liderlərin geriyə addım atması siyasi zəiflik əlaməti olar:

"Putin deyir ki, bizi arxadan vurdular, cavab verəcəyik. Ərdoğan isə bildirir ki, sərhədimizi pozanlar vurulacaq. Bu liderlərdən hər hansı biri "səhv etdik" deyə bilməz, bu cəmiyyətləri qarşısında zəifliyin əlaməti olar. Ancaq hər ikisi onu da anlayır ki, bu hadisədən çıxış edərək münasibətləri gərginləşdirmək, iqtsadi və ticarət əlaqələrinə son qoymaq da olmaz. Hər ikisinin bu əlaqələrə ehtiyacı var. Ona görə bir neçə gündən sonra hər iki prezident daha soyuqqanlı addımlara üstünlük vermək məcburiyyətində qalacaq. Doğrudur, indi Rusiyada isti başlar "PKK-ya silah verək", "Türkiyəni içəridən dağıdaq" və s. kimi təkliflər verir. Putin bu yolu seçərsə, nəticələri heç bir dövlət, o cümlədən Rusiyanın özü üçün də yaxşı olmayacaq".

Politoloqun fikrincə, hadisənin araşdırılması üçün komissiya qurulmalıdır:

"Birinci növbədə sağ qalan pilotlardan birini Rusiyaya təhvil vermək lazım gələcək. İkinci addım kimi Türkiyə ilə Rusiya son hadisəni araşdırmaq məqsədilə ortaq komissiya quracaqlar. Bu komissiyanın təsis olunmasının özü gərginliyi azaldacaq amilə çevrilə bilər. Ancaq bu hadisədən sonra Moskva onu da anlamalıdır ki, Türkiyə sərhədini pozmaq və türkmanlara hava zərbəsi endirmək olmaz".

Tarix
2015.11.24 / 23:54
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla