Yuxarı

Şamaxı Ensiklopediyası işıq üzü gördü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə aydır ki, üzərində hazırlıq işləri gedən Şamaxı Ensiklopediyasının elektron və kitab versiyası işıq üzü görüb.

Axar.az xəbər verir ki, Milli Məclisin Şamaxıdan seçilmiş deputatı, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü və naşirliyi ilə işıq üzü görən ensiklopediya artıq oxucuların ixtiyarına verilib.

Ensiklopediya Şamaxının tarixindən, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatından tutmuş, təbiətinədək bütün sahələri əhatə edir. Burada Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şamaxıya həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr öz əksini tapıb. Ensiklopediyanın elektron variantı olan "shamaxi-encuclopedia.az" saytı yüksək səviyyəli dizayn və istifadəçilərə bu şəhər haqqında hərtərəfli imkanlar açacaq panellərlə seçilir. Nəfis tərtibat və faktoloji materiallarla və məlumatlarla zəngin olan 430 səhifəlik kitabda bu qədim diyarımızın dünya ədəbiyyatına, fəlsəfəsinə, elminə, musiqisinə, o cümlədən, islam dininə bəxş etdiyi böyük korifeyləri, şəxsiyyətləri haqqında məlumatlar da verilib.

Ensiklopediyada Şamaxının qədim dini-irfani mühitini əks etdirən məbədlər, türbələr, pirlər, ziyarətgahlar barədə də məlumatlar verilib. Ensiklopediyada həmçinin dünya ədəbiyyatına misilsiz tövhələr vermiş Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və digər böyük şair və mütəfəkkirlər barədə ətraflı məqalələr yer alıb. Şamaxı Ensiklopediyasının özəlliyi ondadır ki, kitab informasiya baxımından çeşidlidir. Bu tarixi şəhərimiz barədə istənilən insanda yüksək təsəvvür yaradacaq.

Ensiklopediyanın elmi-redaksiya şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev, üzvləri isə tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev və iqtisad elmləri doktoru Vurğun Süleymanovdur. Kitabın baş redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.

Uzun müddət Azərbaycan Şirvanşahlar dövlətinin paytaxtı olmuş və tariximizdə mühüm yer tutan qədim Şamaxı barədə zəruri bilgilər toplanmış bu ensiklopediya tək şamaxılılar üçün deyil, bütün ölkə oxucuları, tədqiqatçılar üçün də mühüm məlumat mənbəyidir.

Tarix
2015.11.25 / 01:42
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla