Yuxarı

Ankara çətin vəziyyətdə qalacaq - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bu məsələdə haqsız çıxarsa və NATO-dan dəstək görməzsə, Ankara çətin vəziyyətdə qalacaq.

Bu sözləri Axar.az-a Türkiyənin Rusiya təyyarəsini vurmasını şərh edərkən politoloq Fərhad Mehdiyev deyib.

Ekspert hesab edir ki, təyyarənin türkmanları bombaladığı sırada vurulması çox önəmli faktdır:

"Türkiyə tərəfi bildirir ki, 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə rəğmən, Rusiya təyyarəsi yenə də sərhədləri pozub.

Ancaq Rusiya təyyarənin Suriya torpaqları üzərində düşdüyünü bildirir. Bütün bunların dəqiqləşdirilməsi mümkündür.

Hər halda bu, çox ciddi bir məsələdir. Bundan sonra Rusiya həmin yerləri bombalamağı dayandıracaqmı? Bax, əsas məsələ bundan ibarətdir".

Politoloq qeyd edib ki, bu məsələdə Amerika Türkiyə qədər həssaslıq göstərmir: "Ona görə də Vaşinqton bu işdə Ankaranın arxasında durmaya da bilər. Halbuki daha əvvəlki məsələlərdə Amerika bildirirdi ki, Türkiyə bu cür hallarda Rusiya təyyarəsini vura bilər.

İndi isə söhbət türkmanlardan gedir. Türkiyə bu məsələdə haqsız çıxarsa və NATO-dan dəstək görməzsə, Ankara çətin vəziyyətdə qalacaq".

F.Mehdiyevin sözlərinə görə, bu hadisə təyyarənin kompensasiyasının ödənilməsinə qədər böyüyə bilər:

"Söhbət milyonlarla dollardan gedir. O ki qaldı qarşıdurmaya, Rusiya ilə Türkiyə arasında onsuz da qarşıdurma var. Sual oluna bilər ki, Rusiya bundan sonra həmin bölgələri bombalamaqdan imtina edə bilərmi? Bəzi məlumatlara görə, Türkiyə həmin bölgəyə 500-ə yaxın xüsusi təyinatlı göndərib.

Əgər bu məlumat dəqiqdirsə, onda qarşıdurma artacaq. Bu o deməkdir ki, Türkiyə həmin zonada rus təyyarələrinin uçuşuna imkan verməyəcək.

Bundansa, Türkiyə rus təyyarələrini vurmaq üçün "Stinger" tipli raketlər almalı və bunu türkmanlara verməklə problemi daha təhlükəsiz yolla həll etməlidir".

Qeyd edək ki, dünən Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.

Tarix
2015.11.25 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla