Yuxarı

“Qırıcı qalmaqalı” Rusiyanın planı olub? – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiya döyüş təyyarəsini vurması Moskvanın planı ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış politoloqu, professor Can Kasapoğlu deyib.

Onun sözlərinə görə, bütün xəbərdarlıqlara baxmayaraq, Rusiyanın Türkiyə hava sahəsini pozmasının arxasında "nəbz tutma" planı ola bilər:

"Rusların Su-24 təyyarələrinin Türkiyə sərhədinə bu qədər yaxınlaşması diqqət çəkir. Bu, Türkiyənin təhlükəsizlik qaydalarını yoxlamaq məqsədilə edilmiş bir test ola bilər. Ancaq Türkiyə hər bir ciddi dövlətin atacağı gərəkli addımı ataraq, bunun mümkün olmayacağını göstərdi. Burada Ankaranın siyasi iradəsinin də yoxlanılması istisna olunmur. Bunun da bir məqsədi var: G20 zirvəsindən sonra ABŞ və Türkiyə ortaq əməliyyat keçirəcəyini açıqlamışdı. Bu əməliyyatda dövrədə olacaq güclərdən biri də Azad Suriya Ordusu və onlarla birlikdə hərəkət edən türkman qüvvələri olacaqdı. Rusiya bu addımla özünün varlığını göstərməyə çalışdı".

Ekspert hadisələrin gələcək inkişafında pilotların aqibətinin əsas rol oynayacağını deyib:

"Məsələnin hara qədər uzanacağında pilotların taleyi əsas rol oynayacaq. Rusiyanın məsələni qəlizləşdirməsi ehtimalını istisna etmirəm. Amma pilotlar türkmanların əlindədirsə və Türkiyə vasitəsilə sağ-salamat Rusiyaya təhvil verilərsə, vəziyyət qismən düzələ bilər. Rusiya Suriya təyyarələrini daha çox mühafizə edə bilər. Havada it döyüşləri də (qırıcıların üz-üzə gəlməsi) istisna olunmur. Ancaq bu təyyarələrdə hərbi təchizat olduğu üçün çox təhlükəli bir vəziyyət yarana bilər. Bundan başqa Rusiya xarici qrupları da cəlb edə bilər".

Politoloq Türkiyənin hava sahəsinin pozulmasına imkan verməyəcəyini və NATO-nun Ankaraya yardım edəcəyini bildirib:

"Yəqin ki, NATO-nun 4-cü maddəsi işə salınacaq. Bu maddə NATO üzvü olan bir ölkənin təhlükəsizliyini təhdid edən vəziyyətlərdə ittifaqı konsultasiyaya çağırır. NATO-nun şərq qanadı, yəni Baltik hövzəsi davamlı olaraq Rusiya pozuntuları ilə qarşılaşır. NATO eyni halın cənub qanadında, yəni Türkiyə üzərində olmasına icazə verməyəcək. NATO bunu təmin etmək üçün Türkiyədə hava müdafiə sistemini gücləndirə, daha çox təyyarə göndərə bilər".

Tarix
2015.11.25 / 10:54
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla