Yuxarı

YAP Elzanı cəzalandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elza Seyidcahan partiyanın Nərimanov rayonunda qeydiyyatdadır. Həmin rayon təşkilatında Elza xanımla fərdi qaydada söhbət aparılıb.

Axar.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

Hakim partiya sözçüsü "Modern.az"a qeyd edib ki, sənətçi haqda cəza növü tətbiq edilib:

"Bu, partiya sıralarından qovulma deyil. Digər cəza növü tətbiq olunub".

H.Paşayev partiya tərəfindən şəxsi təşəbbüsləri ilə parlament seçkilərində namizədliyini verən YAP üzvlərinə dəfələrlə xəbərdarlıq edildiyini diqqətə çatdırıb:

"Partiyanın mövqeyi olmadan sərbəst şəkildə seçkilərə qatılıb deputatlığa namizəd kimi iştirak edən partiya üzvlərinə qarşı ölçülər götürüləcəyi bildirilmişdi.

Bildiyiniz kimi, xəbərdarlıqdan sonra müstəqil şəkildə namizədliyini irəli sürmüş partiya üzvlərinin əksəriyyəti öz namizədliyini geri götürdü.

Sadəcə, 10 nəfər partiyanın qərarının əksinə olaraq seçki marafonunda iştirakını davam etdirdi. Düzdür, özbaşına namizədliyini irəli sürənlərin birmənalı olaraq partiyadan kənarlaşdırılacağını deməmişdik. Bizim qərarımız bu idi ki, onların hər birinin məsələsi qeydiyyatda olduqları rayon təşkilatında müzakirə olunacaq, partiya nizamnaməsinə uyğun olaraq ölçülər götürüləcək".

Tarix
2015.11.25 / 11:19
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla