Yuxarı

Nazirlik brokonyerlərə qarşı könüllülər yığır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika ərazisində qanunsuz balıq ovu ilə bağlı irimiqyaslı reydlərə start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Xəzər dənizinin bioresurslarında balıq ehtiyatlarının qanunsuz ovlanması və satışının qarşısı heç də tam alınmayıb. Bu istiqamətdə işlər aparılsa da, belə anoloji hallara yol verildiyi barədə nazirliyə şikayətlər daxil olmaqdadır.

Bu məqsədlə nazirlik Xüsusi Komissiya yaradıb və Komissiyanın tərkibinə nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub.

Nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir.

Nazirlik könüllülərdən 168 saylı qaynar xəttə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət etmələrini xahiş edir.

Tarix
2015.11.25 / 11:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla