Yuxarı

Bakıdakı dəhşətli intiharla bağlı – Təfərrüat/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Bakıxanov qəsəbəsində dəhşətli intiharla bağlı yeni xəbərlər gəlməkdədir.

Axar.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı ana - Ayişə Dadaşovanın özünü yaşayış binasının 19-cu mərtəbəsindən atmasına səbəb ərinin valideynləri tərəfindən qəbul edilməməsi olub.

Ayişənin üç yaşlı övladı olsa da, ailə qurduğu gündən intihara qədər həyat yoldaşının valideynləri onu istəməyiblər.

Məlumata görə, Ayişənin yoxsul ailənin övladı olması ərinin imkanlı valideynləri üçün arzuolunmaz amilə çevrilib. Bu da ailədə uzunmüddətli mübahisələrə gətirib çıxarıb.

Deyilənə görə, Ayişə ilə əri bir-birini sevərək ailə qurublar. Oğlan onu ailəsinə qəbul etdirə bilmirmiş. Ancaq Ayişəni sevdiyi üçün ailəsinə qarşı çıxaraq onunla evlənib. İmkanlı ailənin övladı olsa da, o, kirayədə yaşamalı olub.

Xəbərə görə, onların arasında mübahisələr böyüməyə başlayıb. Amma Ayişənin intihar edəcəyi ərinin ağlına da gəlməyib.

Qeyd edək ki, Ayişə Yavər Əliyev küçəsindəki "Uğur-2" yaşayış binasına çıxaraq özünü atıb. Övladının ondan alınacağına görə bu addımı atdığı deyilir. Bu ailənin Komsomol dairəsi ərazisində kirayədə yaşadığı bildirilir.

Tarix
2015.11.25 / 12:01
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla