Yuxarı

İlham Əliyev rəsmi görüşlər keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Latviya Respublikasının İqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanı qəbul edib.

Axar.az xəbər verir ki, xanım Dana Reizniece-Ozola Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Səfərdə onu Latviyanın müxtəlif sektorlar üzrə, o cümlədən informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdən olan 30 biznesmenin müşayiət etdiyini vurğulayan nazir ölkəsinin iş adamlarının Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin dostluq münasibətlərinə əsaslandığını deyib. Latviya Prezidenti ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bunu ölkələrarası münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirib. Azərbaycan-Latviya əlaqələrinin genişləndirilməsində ölkələrimizin müxtəlif strukturları arasında sıx qarşılıqlı fəaliyyətin önəmini qeyd edən dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın xüsusi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanın ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu deyib.

Dövlət başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

İSESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlət başçısı yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını deyib.

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.11.25 / 15:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla