Yuxarı

MTRŞ-ANS məhkəməsində mübahisə düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Report xəbər verir ki, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda ANS-in nümayəndəsi Muxtar Mustafayev çıxış edib. O bildirib ki, ANS TV çəkdiyi "Abşeron" adlı televiziya serialını 5 noyabr 2015-ci il tarixində MTRŞ-yə təqdim edib.

MTRŞ-nin nümayəndəsi isə ANS TV-nin Şuraya başqa adda bir televiziya serialı təqdim etdiyini bildirib: "ANS TV-yə 160 min manat vəsait 1800 dəqiqə davam edəcək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılıb. Lakin ANS TV saxtakarlıq edərək MTRŞ-yə "Sevgi naminə" adlı serial təqdim edib".

Prosesdə tərəflər arasında mübahisə düşüb.

ANS-in nümayəndəsi məhkəmədən vaxt istəyib. Növbəti proses dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, MTRŞ televiziya kanalından serial çəkilişi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarmasını tələb edir.

Tarix
2015.11.25 / 17:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla