Yuxarı

Türkiyənin o təyyarəni vurması... - General Rzayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə kimi güclü bir dövlətin sərhədinin pozulması cavabsız qala bilməzdi.

Bu sözləri Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması ilə bağlı Axar.az-a danışan Azərbaycan Respublikasının sabiq müdafiə naziri, general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Dadaş Rzayev deyib. Generalın sözlərinə görə, Avropa və NATO-dan sonra ən güclü orduya malik Türkiyə kimi böyük bir dövlətin sərhədinin pozulması yolverilməzdir:

"Bundan əvvəl də Türkiyə sərhədi rus təyyarələri tərəfindən pozulub. Bu, birinci belə hal deyil. Türkiyə tərəfi Rusiya dövlətinə məsələ ilə bağlı dəfələrlə nota verərək sərhədinin pozulmaması istiqamətində ciddi xəbərdarlıq edib. Baş vermiş bu hadisə ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, həmin müddətdə sərhəddə uçan təyyarənin kimə məxsus olması çox mühüm məsələdir. Çünki Türkiyə sərhədində uçan təyyarə İŞİD-ə də məxsus ola və ya nüvə silahı da daşıya bilərdi. Yəni istənilən halda bir ölkənin sərhədi pozulursa, onda bir əlac qalır - həmin təyyarə vurulmalıdır. Türkiyə də məhz sərhədinin pozulmasından dolayı belə bir addım atmağa məcbur qaldı. Eyni zamanda, NATO dövləti olan Türkiyənin öz torpaqları və xalqının suverenliyini qoruması çox normal bir haldır. Hər bir dövlət öz səma sərhədini qoruyur. Mən baş verən hadisə ilə əlaqədar burada qeyri-adi nəsə görmürəm. Hansı halda olursa-olsun, əgər bir dövlətin sərhədi pozulubsa, o öz sərhədini qorumaq üçün belə bir addım ata bilər. Başqa cür ola da bilməz".

Qeyd edək ki, iki gün öncə Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 tərəfindən vurulub.

Tarix
2015.11.26 / 09:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla