Yuxarı

Rusiya Koreyanın təyyarəsini niyə vurdu? - Şok tarix

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ölkə özü sərnişin təyyarəsi belə hava sərhədini keçəndə dərhal vurur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin vurulmasıyla bağlı Feysbukda yazıb.

Millət vəkili sözügedən hadisə ilə bağlı tarixi bir hadisəni xatırladıb:

"1983-cü il sentyabrın 1-də Cənubi Koreyanın Korean Air Lines aviaşirkətinin həyata keçirdiyi Beynəlxalq uçuş (Nyu York-Ankoric-Seul marşrutu) zamanı sərnişin avialaynerinin vurulması Beynəlxalq skandala səbəb olmuşdu. Seula qədər olan hava yolu Sakit okeanın neytral zonasından keçməli idi. Təyyarə qəfildən məlum olmayan səbəbdən müəyyənləşdirilmiş kursdan sağ tərəfə meyl etməyə başlayır.

Müəyyən vaxtdan sonra SSRİ-nin qapalı hava məkanına düşür. Kamçatka, sonra isə Saxalin adaları üzərində uçur. Göyərtəsində 246 sərnişin, 23 ekipaj heyəti olan təyyarəni Sovet qırıcısı Su-15 dərhal vurur.

Təyyarədə olan 269 nəfər, o cümlədən ABŞ nümayəndələr palatasının üzvü, ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini verməyə hazırlaşan Larri MakDonald həlak olur. Bu ölkə hətta sərnişin təyyarəsi hava sərhədini keçəndə dərhal vurur. Bu gün Rusiya özünü SSRİ-nin varisi hesab edir".

Tarix
2015.11.26 / 09:22
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla