Yuxarı

Bakıda silahlı insident: kütləvi dava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda odlu silahdan da istifadə olunan kütləvi dava baş verib.

ANS-in məlumatına görə, qanlı hadisə Məlik Məmmədov küçəsi ev 16, mənzil 2 ünvanında, Feyzulla Babayevə məxsus evdə qeydə alınıb. Naməlum şəxslərin hücumu nəticəsində ev sahibinin 25 yaşlı oğlu Vüsal Babayev həm biçaqla həm də tapancadan açılan atəşlə yaralanıb. Xəsarət alan şəxs yaxınlarının köməyi ilə travmotologiya inistutuna aparılıb. Hazırda yaralı gənc polis nəzarəti altında müalicə alır. Yaxınlarının sözlərinə görə, Vüsalın yaraları ciddi və həyati təhlükəlidir.

Zərərçəkənin anası Zəranə Babayevanın iddiasına görə, oğlu yaşadıqları evin qarşısında hücuma məruz qalıb. Onun sözlərinə inansaq, Vüsal Babayevə odlu silahla vuranlar, onu öldürmək istəyiblər.

18-ci polis bölməsindən verilən məlumata görə, hadisə Babayevlər ailəsinin dediyi kimi, bayırda yox, mənzilin daxilində baş verib. Polis əməkdaşlarının evə keçirdiyi baxış zamanı otaqlardan giliz də tapılıb. İlkin məlumata görə, qanlı hadisə vaxtı makarov tipli tapancadan istifadə edilib.

Nərimanov rayon polis idarəsi və 18-ci polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri ilə, hadisənin iştirakçisi olduğu ehtimal edilən bir neçə nəfər artıq saxlanılıb. Onlara məxsus avtomobillər də artıq bölməyə gətirilib. Hələlik istintaq sirri olduğundan onların şəxsiyyətləri açıqlanmır. İnsidentlə bağlı isə, artıq rayon polis idarəsində cinayət işi də başlanılıb. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

Tarix
2015.11.26 / 08:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla