Yuxarı

Nazirlikdən xəbərdarlıq: çökmə prosesi aktivləşib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatlarda müəyyən qədər genişlənmələr əmələ gəlib".

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda ərazidə çökmə prosesinin dinamikasında fəallaşma müşahidə olunur: "Çökmə prosesinin dinamikası tam olaraq dayanmayıb".

Baş geoloq əlavə edib ki, çatların genişlənməsi, habelə çökmə prosesinin dinamikasının aktivləşməsi yağışların yağması nəticəsində baş verib: "Ərazidəki torpaq bir qədər çöküb. Ona görə də asfalt müəyyən qədər aşağı düşüb".

Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri davam etdirilir: "Hələlik ərazidə su ötürücü qurğu quraşdırılmayıb. İstinad divarının dayanıqlığı bərpa olunandan sonra su ötürücü qurğu quraşdırılacaq".

Tarix
2015.11.26 / 11:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla