Yuxarı

Sədr müavini: “Borcumuz var, amma…” - Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həqiqətən bu gün ən böyük problemlərdən biri də istilik enerjisi təchizatına payız-qış mövsümünə nəzərdə tutulmuş vaxtda başlaya bilməməkdir.

Axar.az xəbər verir ki, bunu Azəristiliktəchizat ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

ASC rəsmisi APA-ya geniş müsahibəsində bildirib ki, noyabrın 15-dən qazanxanalar işə salınır: "İstehlak edilən təbii qaza görə borclar tam ödənmədiyi üçün Azəriqaz İstehsalat Birliyi tərəfindən qazanxanaların qaz təchizatının dayandırılması haqqında göstəriş verilir.

Təbii olaraq, biz dərhal müzakirələrə başladıq və bildirdik ki, məsələnin bu cür qoyuluşunu məqbul hesab etmirik. Çünki həm "Azəriqaz", həm "Azəristiliktəchizat" bu dövlətin qurumlarıdır və aramızda olan problemlərin vətəndaşa yansıması düzgün deyil".

İ.Mirzəliyevin fikrincə, bununla bağlı Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə və ya ən pis halda məhkəməyə müraciət olunmalı idi: "Bir az da uzağa getsək, bu cür məsələlərdə məhkəmədən öncə tərəflər arasında ilkin danışıqlar olmalıdır, yəni tərəflər mübahisəni məhkəməyə qədər həll etməkdə maraqlı olmalıdırlar.

Xəbərdarlıq məktubları olub, lakin zəruri müzakirələr aparılmayıb. Təbii ki, mən özümüzü tərifləyib, günahı "Azəriqaz"ın üzərinə yıxmaq istəmirəm. Çünki onlar öz borclarını tələb etməkdə haqlıdırlar. Amma borc məsələsinə iki cür yanaşmaq olar: "Azəriqaz" borcunu tələb etməkdə haqlıdır, digər tərəfdən qazanxanaların qaz təchizatını dayandıraraq borcu tələb etmək doğru deyil.

Bu gün bizim müəssisənin zərərlə işləməsinin səbəblərindən biri mövcud tariflərin xərclərimizi bağlaya bilməməsidir. Heç kəsə sirr deyil ki, biz soyuq suyun 1 kubmetrini 1 manata alırıq, amma istehsal olunan isti su 40 qəpiyə satılır".

ASC-nin sədr müavini digər səbəbi də açıqlayıb: "Büdcədən maliyyələşdirilən təşkilatların, o cümlədən təhsil, səhiyyə ocaqları, körpələr evi, qocalaq evi və sair istilik haqlarının ödənməsi üçün müəyyən edilmiş limitləri faktiki tələbatın 50-52 faizini təşkil edir.

Başqa sözlə, büdcədən maliyyələşdirilən təşkilatlar faktiki olaraq istehlak etdikləri istilik enerjisinin dəyərinin yalnız yarısını ödəyirlər. Biz etiraf edirik ki, borcumuz var. Amma "Azəristiliktəchizat"ın fəaliyyəti dövründə yaranmış borcun da dəqiqləşdirilməsinə zərurət var".

Tarix
2015.11.26 / 12:54
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla