Yuxarı

General gürcüstanlı nazirlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın Daxili İşlər naziri Giorgi Mğebrişvili ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, oyabrın 26-da səhər cənab Giorgi Mğebrişvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Daha sonra respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın Daxili İşlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. Cənab Ramil Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib. Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

Daha sonra nazir Ramil Usubov ölkədəki kriminogen durum barədə qısa məlumat verib.

O da bildirilib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, bunun əyani təzahürü olaraq respublikamız "Evrovision" və I Avropa Oyunları kimi möhtəşəm yarışlara uğurla ev sahibliyi edib, həmin tədbirlərin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinə nail olmaqla bu sahədə böyük təcrübə qazanıb.

Daxili İşlər naziri mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Cənab Giorgi Mğebrişvili səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə mübarizə aparılmasına dair cənab Ramil Usubovun mövqeyini bölüşdüyünü, mehriban qonşu və yaxın dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.

Tarix
2015.11.26 / 13:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla