Yuxarı

Nazpəri prodüserini erməni bayrağına görə qovub?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arada söz aparıb-gətirən insanlara ar olsun.

Bu sözləri xalq artisti Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynov müğənni ilə yollarını ayırması haqda Axar.az-a danışarkən deyib. Prodüser müğənni ilə işbirliyinə son qoymasının səbəbini açıqlayıb:

"Çoxları elə bilir ki, Nazpəri xanımın İnstaqram səhifəsində yanlışlıqla erməni bayrağı paylaşdığıma görə mənimlə işbirliyinə son qoyub. Amma bu belə deyil. Birincisi, Nazpəri xanım mənimlə yox, mən onunla işbirliyinə son qoymuşam. İkincisi, bunun erməni bayrağı ilə heç bir əlaqəsi yoxdur. Mənim işdən çıxmağımın səbəbi bəzi 3-cü şəxslərin söhbətə qarışması ilə bağlıdır.

5 il Nazpəri xanımın prodüseri olmuşam. Bu 5 ildə mən onunla tək işləmişəm, mətbuat katibi-filan olmayıb. Kimlərsə bəzi yazışmaları özünə sərf edən formada skrin edib, Nazpəri xanıma göstərib. Nəticədə bizim münasibətlərimiz korlandı. Əslində, mənim başqa bir işim də var, ona görə də çatdıra bilmirdim. Prodüserlik karyerama son qoymaq fikrim yoxdur. İndi adını çəkmək istəmədiyim çox məşhur, səviyyəli bir müğənni ilə işbirliyinə başlayacağam".

Xatırladaq ki, bir müddət əvvəl Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynovun sənətçinin İnstaqram hesabında yanlışlıqla erməni bayrağı paylaşması böyük rezonans doğurmuşdu.

Tarix
2015.11.26 / 13:33
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla