Yuxarı

Sərkisyan əsas rəqibini zəhərlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda prezidentliyə namizədin həyatına sui-qəsd olub.

Axar.az xəbər verir ki, İrs Partiyasının sədri Raffi Ovanisyanı zəhərləyərək sıradan çıxartmağa çalışıblar.

Ermənistan mətbuatında İrs Partiyasının rəhbəri Raffi Ovanisyanın ABŞ-da müalicə alaraq Ermənistana qayıtması barədə xəbərlər yayılıb. Ovanisyanın Amerikada hansısa xəstəlik səbəbindən müalicə alması mübahisə yaradıb: onun zəhərləndiyi iddia edilir.

Raffi Ovanisyan bu ilin iyun ayında Azadlıq meydanında keçirilən mitinqdə jurnalistlərə verdiyi müsahibədə bir neçə xarici ölkə səfiri ilə görüşərək hakimiyyətə qarşı plan hazırlığı mərhələsində olduğunu bildirib. Bundan sonra Ovanisyan zəhərlənib və müalicə almaq üçün ABŞ-a gedib.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, Ovanisyanın hakimiyyət tərəfindən zəhərlənməsi Sərkisyanın onu heç bir vasitə ilə razı sala bilməməsinin, onu özünə qarşı böyük rəqib görməsinin nəticəsidir.

Mətbuatda İrs Partiyasının sədri Raffi Ovaniysanın sağlamlıq vəziyyətinin artıq qaydasına düşdüyü bildirilir. Bu həftənin ikinci yarısı onun partiyanın idarə heyətinin iclasında iştirak edəcəyi, səhhəti ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, Ermənistanın keçmiş xarici işlər naziri, indi müxalifətdə olan Raffi Ovanisyan 2001-ci ildə ABŞ vətəndaşlığından imtina edib, 2002-ci ildə öz partiyasınının əsasını qoyub. O, 2007 və 2012-ci illərdə keçirilən parlament seçkilərində qalib gəlib və Ermənistan parlamentinin üzvü seçilib. 2013-cü ildə Ermənistanın prezident seçkilərinə namizədliyini irəli sürüb. Bir müddət öncə isə Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyan və Milli Erməni Konqresinin rəhbəri Levon Ter-Petrosyanla birlikdə hökumət əleyhinə mitinqlər təşkil edərək çıxışında Sərkisyanın istefasını tələb edib.

Tarix
2015.11.26 / 13:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla