Yuxarı

İlham Əliyev: “Bu, vəhşilikdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələnmdirilməsi düzgün deyil. İslam sülh dinidir.

Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının Bakıda keçirilən XII sessiyasında çıxışında bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, İSESCO dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrilib:

"Təşkilat son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin qorunmasında böyük uğurlara nail olub. Azərbaycan İSESCO-nun fəal üzvlərindən birinə çevrilib. İndiyə qədər təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib. İSESCO Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib. Münaqişə uzun illərdir davam edir. Ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız məcburi köçkünə çevrilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Xocalı soyqırımı baş verib. Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həll olunması vacidir".

Dövlət başçısı bildirib ki, ATƏT-in işğal olunmuş Azərbaycan ərazilərinə göndərdiyi missiya orada həmçinin 10 məscidin dağıdıldığını müəyyən edib:

"Bu vəhşilikdir, bu İslam mədəniyyətinə qarşı terrordur. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparır. Ölkəmiz xaricdə İslam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlərarsı əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Biz fəxr edirik iki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir".

Tarix
2015.11.26 / 14:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla