Yuxarı

Rusiya Suriya səmasını dünyaya bağlayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin nüfuzlu "Tayms" qəzeti Rusiya Prezidenti Vladimir Putini tənqid edib.

Axar.az xəbər verir ki, qəzet S-400 hava hücumundan müdafiə sistemlərini Suriyaya göndərməklə Rusiyanın təhlükəsiz bölgənin yaradılmasına mane olmağa çalışdığını iddia edib.

Bundan başqa, qəzet müdafiə sistemləri vasitəsilə Qərb koalisiyası və Türkiyənin bölgədə keçirdiyi əməliyyatların zəifləyəcəyini də istisna etməyib:

"Rusiya S-400-lər vasitəsilə bütün Suriya səmasına nəzarət edəcək. Hava sahəsində nəzarəti əlində saxlayan Moskva başqa ölkələrin terrorçulara qarşı əməliyyat keçirməsinə də mane olacaq. Bu, Türkiyə, NATO və digər ölkələrin Suriya səmasında terrorçuları məhv etmək və digər əməliyyatlar həyata keçirmək üçün Rusiyadan icazə alacağı anlamına gəlir".

Qeyd edək ki, S-400 sistemi 480 kilometrdən hədəfi təyinetmə, 400 kilometrdən isə hədəfi məhvetmə qabiliyyətinə malikdir. Yüksəklikdə isə 56 kilometr hündürlükdə ballistik raketlərə qarşı da istifadə edilə bilər.

Tarix
2015.11.26 / 15:16
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla