Yuxarı

"Azersell"in 500-dən çox müayinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mobil rabitə bazarının lider şirkəti "Azersell" Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu ilin əvvəlindən indiyə qədər valideyn himayəsindən məhrum olan 500 uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, klinikada bu il ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Son 3 ay ərzində isə uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etmək məqsədilə klinikanın həkimləri tərəfindən Bakıda yerləşən "Duyğu" sosial reabilitasiyası ictimai birliyində və Zabrat qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlər üçün oftalmolojı müayinələr keçirilib. Səfər zamanı 100 nəfərdən çox insan müayinə olunaraq, həkimlər tərəfindən ehtiyacı olanlara lazımi müalicə və eynək reseptləri təyin olunub.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Azersell"in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

"Azersell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana "Azersell" gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən "Azersell" Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan "Azersell"in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna "Azersell" abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azersell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. "Azersell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. "Azersell" dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Tarix
2015.11.26 / 15:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla