Yuxarı

Nardaranlılar Hacı Taleh qrupuna qarşı ayağa qalxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nardaran qəsəbəsində baş vermiş silahlı insidentdən sonra yerli əhali ilə radikal qrupun təmsilçiləri arasında narazılıq yaranıb.

Lent.az-ın məlumatına görə, onlar əslən nardaranlı olmayan Hacı Talehin qəsəbədə qalmasından, özünün radikal dəstəsi ilə burda toplaşmasından narazılıq ediblər. Bunu dəfələrlə ona evində sığınacaq verən və sayları cəmi bir neçə nəfər olan qəsəbə sakinlərinə də bildiriblər.

Lakin bu barədə xəbərdarlıqlar nəticə verməyib. Hazırda da qəsəbə ağsaqqallarının bir qrupu Nardaranda belə hadisələrin baş verməsinə qarşı çıxır, bu insidentin onlara lazım olmadığını bildirir.

Qeyd edək ki, Taleh Bağırov əslən İsmayıllı rayonunun Talıstan kəndindəndir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bu gün yaydığı birgə məlumatda bildirilib ki, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Tarix
2015.11.26 / 18:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla