Yuxarı

Tələbə qız akademik borca görə intihar edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tələbə qızın özünü yaşadığı binanın damından atmasının təfərrüatı üzə çıxıb.

Bildirilir ki, Azərbaycan Tibb Universitetinin tələbəsi Türkan Həsənzadə akademik borclarına görə intihar edib. Bu barədə Toğrul Nəcəfov adlı Feysbuk istifadəçisi yazıb.

ATU-nun mətbuat katibi Günel Aslanova Axar.az-a açıqlamasında Türkanın akademik borcları olduğunu təsdiqləmişdi. Onun sözlərinə görə, tələbə qız ali məktəbi başa vurmuşdu və əvvəllər çox yaxşı oxuyurdu. Amma akademik borcuna görə 1 il kursda qalmışdı. Sonuncu il isə passiv olub, heç kəsə qaynayıb-qarışmayıb. O, Stomatologiya fakültəsinin terapevtik stomatologiya ixtisası üzrə təhsil alıb. Amma onun akademik borca görə intihar etməsi ehtimalı ilə yanaşı psixoloji problemlərinin olduğu da vurğulanır. Gənc qızın Feysbukda paylaşdığı cansıxıcı, qaramat fotolardan belə qənaətə gəlmək olar ki, Türkan özünəqapalı, ünsiyyətdən qaçan biri olub.

Onu da deyək ki, intiharından bir neçə saat qabaq Türkanın Feysbukda son statusu "Tək istədiyim öz həyatımı yaşamaq idi" olub.

1993-cü il təvəllüdlü Türkan Bakının Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb.

Tarix
2015.11.27 / 00:14
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla