Yuxarı

Hacı Talehin siması açıldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Taleh Bağırovun kriminal dəstəsi axır ki, qan tökdü. Nardaranda əməliyyat keçirən polislərin üzərinə qumbara atıldı, avtomat silahlardan atəş açıldı və iki polis şəhid edildi, bir neçəsi yaralandı.

Bu, Azərbaycanda təsadüf edilməyən bir haldır. Ölkəmizdə polislə mübahisə və yaxud polisin şəxsi, ailə münaqişəsi zəminində xəsarət alması (və ya öldürülməsi) istisna olmaqla, hüquq mühafizə orqanı əməkdaşına qarşı silahlı hücum deyilən bir əxlaq yoxdur.

Aylardır Hacı Talehin apardığı təbliğatın, ətrafına yığdığı radikalların sayəsində bu nadir hadisə Azərbaycanda da yaşandı.

Halbuki noyabrın 16-da sosial şəbəkədə yaydığı video-çarxda Hacı Taleh guya şərlənməsi üçün hazırlıq getdiyini, ona və tərəfdarlarına qarşı "silah saxlama" ittihamı elan etməyə hazırlaşdıqlarını və bunun tamamilə yalan olduğunu deyir, məsciddən Allaha "üz tutaraq", bəyan edirdi. Bunun ardınca nəinki adi silah, Taleh Bağırova bağlı cinayətkar qrupun avtomat və qumbara saxladığı, onu polisə qarşı istifadə etməsi üzə çıxdı.

Allahın adından alver etməyə girişən bu insanın əsl niyyəti əslində noyabrın 5-də baş verən hadisələr zamanı bəlli olmuşdu. Sabunçu Polis İdarəsinə radikallaşmış şəxslərin qəfil hücumu və polislə qarşıdurması artıq bu şəxsin arxasında hansı qüvvələrin dayandığını göstərirdi. Bu proseslərdən sonra bir sıra şəxslərin Nardaran camaatının adını bu olaylara qatması da xüsusi məqsəd daşıyırdı.

Lakin mətbuat səhifələrində tezliklə bununla bağlı etirazlar peyda oldu. Bəlli oldu ki, Hacı Talehin Nardarana sığınmasının özündə belə gizli məqsəd dayanır. Nardarandan millət vəkili seçilən Eldar Quliyev də yerli sakinlərin Hacı Talehin qəsəbədə qalmasından şikayət etdiklərini bildirdi: "Kənd camaatı onları pislədiyinə və məscidə qoymadığı üçün evdə toplaşıblar. Həmin ev Taleh Bağırn deyil. Ümumiyyətlə, Taleh nardaranlı deyil, gəlmə adamdır. Taleh üzə çıxandan sonra radikal islamçılar baş qaldırıblar. Həmin şəxslər əsasən xaricdən maliyyələşirlər və agentdirlər".

Taleh Bağırovun İran ayətullahının əlindən öpməsi ilə bağlı foto indiyə qədər baş verən proseslərin və burada baş rolda olan şəxslərin kimə xidmət etdiyini göstərirdi. Doğrudur, mətbuatın bu fotoya görə kəskin tənqidinə tuş gələn Bağırov tezliklə məsələyə öz cavabını verdi. Amma bu cavablar ictimaiyyətə təqdim edilən faktın qarşısında heç bir işə yaramadı.

İş o yerə çatdı ki, artıq sosial şəbəkələrdə Bağırovun ətrafına topladığı 5-10 radikal ünsür ölkəni "qan gölünə çevirəcəklər"i ilə təhdidlər yazmaqdan belə çəkinmədilər.

Əlbəttə, Misirdə Müsəlman Qardaşları yaradıb, bu ölkəni cəhənnəmə çevirənlərin Azərbaycanda analoji "müsəlman birliyi" yaratma istəyi mümkün deyil. Çünki Azərbaycan xalqının tolerant təfəkkürü, burada min illərlə fərqli dini fəlsəfi cərəyan nümayəndələrinin yanaşı yaşaması, elmi biliklərlə, bir-birinə sayğı ilə müzakirələr aparması ənənəsi var. Azərbaycan fərqli düşüncələrə məhz ona görə tolerantdır və başqasının fikrinə, düşüncəsinə bu səbəblərdən sayğı göstərilir.

Əlbəttə, hüquq mühafizə orqanları xarici kəşfiyyatın əlində oyuncağa çevirdiyi bu bir ovuc cinayətkarın layiqli cəzasını verəcək və onlar tökdükləri qana görə bədəl ödəyəcəklər. Ancaq bu qətliam və Nardaran kimi imanlı yerdə günahsız qanın axıdılmasının məsuliyyəti heç zaman bu cinayətkarların vicdanından silinməyəcək.

Tarix
2015.11.27 / 01:55
Müəllif
Pərviz
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla