Yuxarı

Kremldən Türkiyəyə qarşı - 7-ci şok addım

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti Türkiyə ilə vizasız rejimi dayandırır.

Axar.az xəbər verir ki, bu barədə açıqlama verən Rusiya Xarici İşlər naziri Sergey Lavrov gələn ilin yanvar ayının 1-dən Türkiyə ilə vizasız rejimin dayandırılacağını bəyan edib.

Qeyd edək ki, Rusiya tərəfindən Türkiyəyə qarşı atılan bu 7-ci addım olub. Bundan öncə də Rusiya hökuməti Türkiyə ilə münasibətlərində bəzi dəyişikliklər edib. Həmin dəyişikliklər aşağıdakı kimidir:

1. "Türkiyəyə getməyin" çağırışı. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyədə terror təhlükəsinin yüksək olduğunu bildirərək ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Lavrov Türkiyənin Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə olmadığını bildirib.

2. Aralıq dənizinin Suriya sahillərinə "Moskva" kreyseri və S-300 zenit-raket kompleksləri göndərildi. Rusiyanın Su-24 təyyarəsinin vurulduğu Suriyanın Şimal-qərb sahillərinə S-300 zenit-raket kompleksləri göndərildi. Bundan başqa, Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı hava bazasına əlavə olaraq S-400 zenit-raket komplekslərinin göndərildiyini açıqladı.

3. Türkiyə sərhədində hava əməliyyatları artırıldı. Təyyarənin vurulmasından sonra Rusiyanın Suriyadakı aviasiya qüvvələri Türkiyənin cənub sərhədlərində yerləşən türkman bölgəsində bombardmanları gücləndirdi. Rusiyanın Müdafiə Nazirliyi bombardmançı təyyarələrin "havadan-havaya" atəş açma qabiliyyətinə malik olan qırıcılar tərəfindən müşayiət olunacağını açıqladı.

4. Qondarma soyqırım parlamentdə. Rusiya Ədalət Partiyası "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim etdi.

5. Ağ ət idxalı qadağan edildi. Rusiya Türkiyədən ağ ət idxalını dekabrın 1-dən dayandırır.

6. Türk məhsullarının idxalı üzərində nəzarətin gücləndirilməsi. Rusiya hökuməti Türkiyədən qida idxalı üzərində nəzarətin gücləndirilməsi barədə təlimat verib.

Tarix
2015.11.27 / 18:27
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla