Yuxarı

Nardaranda Allaha atılan güllə

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şər qarışırdı...

Ardıcıl atəş səsləri eşidildi axşam qəzetlərindən.

Güllənin biri gicgaha atılmışdı, biri Allaha...

***

Nardarandan gələn şəhid xəbəri Ağdamdan gələn şəhid xəbərlərindən dəhşətlidir. Dövlətlə dövlətçilik eləmək olmaz. Amma Eldar Mahmudov zamanında ölkə mühafizəsi də Abbasqulu bəyin yox, Kərbəlayinin nazı ilə çox oynadı. Yadıma gəlir ki, 2009-un sonlarında Tərtərə – ön xətdə xidmət edən bir dostumuza baş çəkməyə getmişdik. Söhbət edə-edə azıb neytral əraziyə keçmişdik. Elə bu vaxt güllə səsləri eşitdik: erməni snayper iki dəfə ayağımızın altına atdı, sonra bizdən bir qədər aralıdakı qayanı nişan aldı, nədənsə, bizi vurmadı, halbuki çox rahat şəkildə öldürə bilərdi.

Dünən polisə silahlı müqavimət göstərənlər həmin erməni əsgərinin fonunda daha dəhşətli göründülər. Maraqlıdır, dağıdıcı ideologiyaları uğrunda bizə güllə atanlar sabah müharibə başlasa, səngərə gələcəklərmi? İnanmıram.

Azərbaycan kimi tolerant bir ölkədə silah gəzdirmək hansı məntiqə sığır, anlamıram. Ümumiyyətlə, imanı kamil olan adam nə üçün silaha əl atsın, nədən qorxur, kimdən çəkinir? Digər tərəfdən, silah gücünə yayılan bir ideologiyada ədalət payı ola bilərmi? Sanmıram.

Əgər bu məsələdə günahkar olmasaydılar, polisə müqavimət göstərərdilərmi?

Ortaya çox sadə sual çıxır: adi bir "dini birlik" qumbaranı, avtomatı necə əldə edib?

Azərbaycan ordusunda bir güllənin belə haqq-hesabı aparılır. Bəs, milyonluq silahlar, partlayıcı maddələr onların əlinə necə və haradan keçib?

Bax, hər şey bu sual üstündə başlayır və bunun cavabında da bitir.

Bu hadisələrin Güneydə soydaşlarımızın fəallaşmasından sonra baş verməsi də başqa bir maraqlı məqam.
Hə, bir də mənim babam... Mən gözümü açandan babamı ibadətdə görmüşəm, kişinin ayaqları tutulmuşdu, uzandığı yerdə namaz qılırdı. İnsan öldürmək nədir, o, kənd yerində əlinə bir oraq alıb ot biçməmişdi, deyirdi ki, otların da canı var, onları incitmək olmaz. Həmişə də mənə dua eləyəndə belə deyərdi: "Allah-taala sənə İmam Hüseyn xətrinə kömək olsun". Babam bunu o qədər ürəklə deyərdi ki, mən həqiqətən, onun mənə kömək olduğuna inanardım...

İndi bu məsələ barədə çox danışmaq olar, amma həqiqət heç nəyi dəyişmir: o silahlı qarşıdurmada hər iki tərəfdən həyatlarını itirən insanlar bizimkilərdir, bizim dayılarımız, əmilərimizdir. İndi onların balaları – bizimlə bir məhlədə futbol oynayan uşaqlar, bizim uşaqlıq dostlarımız gözüyaşlı qalacaq. Bunun səbəbkarı həbs olundu. Amma…

***

Şər danışırdı...

Ardıcıl atəş səsləri eşidildi axşam qəzetlərindən.

Güllənin biri gicgaha atılmışdı, biri Allaha...

Tarix
2015.11.28 / 09:27
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla