Yuxarı

Ankaradan sərt bəyanat: “Rusiya zərər görəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Su-24 qırıcısını vurması dünyadan dəstəklə qarşılandı. Bu səbəbə görə, Rusiyanın özünü haqlı çıxarma cəhdləri boşa çıxacaq.

Axar.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti Türkiyə Xarici İşlər nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Mənbə Ankaranın Rusiyadan üzr istəməyəcəyini bildirib:

"Türkiyənin Su-24 qırıcısını vurması dünyadan dəstəklə qarşılandı. Bu səbəbə görə, Rusiyanın özünü haqlı çıxarma cəhdləri boşa çıxacaq. Rusiya qırıcısının vurulması iki ölkə arasında münasibətlərə siyasi arenada təsir etməyəcək. Lakin Rusiya iqtisadi sahədə sanksiyalar tətbiq edə bilər. Bundan Rusiya iqtisadiyyatı da zərər görər. Rusiya məhz ölkə ictimaiyyətindən dəstək almaq üçün Türkiyə əleyhinə mövqeyini sərtləşdirəcək. Türkiyənin Moskva səfirliyinə hücum bunu sübut edir. Rusiya yaxın vaxtlarda Türkiyədən üzr və təzminat məsələsini gündəmə gətirəcək. Putin bunu çıxışında da səsləndirdi. Bu mərhələdə Türkiyənin üzr istəməsi və təzminat ödəməsi mümkün deyil".

Qeyd edək ki, Türkiyə noyabrın 24-də Suriya istiqamətində sərhədlərini pozan Rusiya qırıcısını vurub.

Tarix
2015.11.28 / 11:23
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla