Yuxarı

Cənub dindarlarından Nardaranla bağlı – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın cənub bölgəsində yaşayan dindarlar noyabrın 26-da Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermis hadisələrlə bağlı Bəyanat imzalayıblar.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən Axar.az-a göndərilən bəyanatın mətnini təqdim edirik:

Son günlər baş vermiş hadisələr bütün ölkə dindarları kimi bizi də ciddi narahat edir. Özünü "Müsəlman Birliyi Hərəkatı" adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə qınayırıq.

Heç bir rəsmi statusu olmayan "Müsəlman Birliyi Hərəkatı"nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. Hesab edirik ki, regionun indiki həssas dönəmində bütün dindarlar çox ayıq olmalı, daxildən və xaricdən edilən təxribatlara uymamalıdırlar. Baş verən hadisələri əsl mahiyyətindən uzaqlaşdıraraq İslam dininə qarşı yönəldiyini iddia etmək, bu prosesləri məzhəbçilik müstəvisinə keçirmək, ölkəmizin milli və ictimai təhlükəsizliyini təhdid etmək cəhdləri bu dairələrin məkrli niyyətlərini bariz şəkildə göstərir.

Dinimizdən sui-istifadə edilməsi, onun siyasi məqsədlərə alət olunması sülh və əmin-amanlıq dini olan İslama nəinki fayda verir, əksinə, islamafobiyanın artdığı bir dövrdə terrorizmin dinimizlə əlaqələndirilməsi istiqamətində kampaniya aparan bəzi qüvvələrin dəyirmanına su tökür, dünyada öz tolerantlığı və dini sabitliyi ilə seçilən respublikamızın müsbət imicinə mənfi təsir göstərir.

Azərbaycan dünyəvi dövlətdir və bütün dini etiqadlara bərabər şərait yaradılmışdır. Həm dinlərarası, həm də məzhəblərarası münasibətlər çox yüksək səviyyədədir. Hər bir inanclı rahat şəkildə ibadətlərini yerinə yetirə bilməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Dövlət tərəfindən dinə yüksək qayğı göstərildiyi bir vaxtda müsəlmanların sıxışdırılması iddiaları ilə çıxışlar etmək, inanclıları dövlətə qarşı qaldırmaq cəhdlərinin heç bir əsası yoxdur.

Bütün bunları nəzərə alaraq, biz inanclıları belə hadisələrdən ibrət almağa, Azərbaycan dövləti və onun Prezidenti ətrafında sıx birləşməyə çağırır, öz xidməti vəzifələrini həyata keçirərkən şəhid olmuş polislərimizə Allah-Taaladan rəhmət diləyirik.

Allah birliyimizi və dövlətimizi əbədi etsin, inşallah.

Tarix
2015.11.28 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla