Ana səhifə Gündəm |
Belorusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Sarayının "Qış bağı"nın girişində bu ölkə Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Axar.az "Belta" agentliyinə istinadən xəbər verir ki, dövlət başçıları bir-birilərini salamlayıb.
Azərbaycan və Belorusun dövlət himnləri səsləndirilib.
Prezidentlər fəxri qaravulun önündən keçərək rəsmi nümayəndə heyətlərini salamlayıb.
Daha sonra prezidentlər danışıqların aparılacağı saraya yollanıb.
***
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tarix
2015.11.28 / 14:00
|
Müəllif
Axar.az
|