Yuxarı

"Mimino" bəstəkarına yubiley keçirildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış gürcü bəstəkarı, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Giya Kançelinin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Azərtac xəbər verir ki, Yubiley gecəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə G.Kançelinin yaradıcılığından danışıb. Bildirib ki, böyük bəstəkar öz simfoniya və kamera əsərləri ilə adını dünya musiqi mədəniyyəti tarixinə yazıb. "Mimino" və "Kin-dza-dza" kimi tanınmış filmlərə yazılan musiqinin bəstəkarı məhz G.Kançelidir.

F.Əlizadə diqqətə çatdırıb ki, o, G.Kançeli ilə birlikdə çoxsaylı festival və layihələrdə iştirak edib.

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli yubilyar haqqında xoş sözlər söyləyib, ona rəhbərlik etdiyi akademiyanın fəxri doktoru diplomunu təqdim edib.

Yubiley gecəsində Xalq Artisti Rauf Abdullayevin bədii rəhbər və baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Giya Kançelinin əsərləri səsləndirilib.

Tarix
2015.11.28 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla