Yuxarı

Lukaşenkodan Azərbaycanla bağlı təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün biz kiçik və orta həcmli ucuz, lakin etibarlı avtobuslar, İsveçrə ilə birgə istehsal edilən dəmir yolu sərnişin qatarları, şəhərdaxili daşımalar üçün ekoloji təmiz qaz-generator mühərrikləri ilə işləyən rahat avtobuslar təklif edə bilərik. Onların yığılmasını Sizin ölkənizdə təşkil etmək olar.

Report xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibli görüşdə deyib.

"Zənnimcə, dünya iqtisadiyyatında böhran hallarını nəzərə alaraq bu gün biz əsas diqqəti qarşılıqlı faydalı əməkdaşlığın yeni ideyaları və istiqamətləri üzərində cəmləşdirməliyik. İndiki çətin şəraitdə bizim dövlətlərimiz, xoşbəxtlikdən, qarşılıqlı əmtəə dövriyyəsinin ciddi azalmasına yol verməyiblər. Bununla belə, zaman bizdən qarşılıqlı iqtisadi fəaliyyəti, o cümlədən üçüncü ölkələrin bazarlarında fəaliyyəti genişləndirmək üçün çevik və səmərəli qərarlar qəbul etməyimizi tələb edir. Fəxrlə qeyd etmək istəyirəm ki, Gəncə avtomobil zavodunda MTZ Belarus traktorlarının, Minskdəki MSKT avtozavodunun texnikasının istehsalı üzrə müştərək layihə yüksək nəticələr verir. 2007-ci ildən bəri bu zavodun istehsal sahələrində 6 min "Belarus" traktoru, 3 minə yaxın avtomobil və qoşqu istehsal edilib. Başqa sahələrdə də ikitərəfli qarşılıqlı fəaliyyəti genişləndirmək üçün imkanlar az deyil. Məsələn, nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün biz kiçik və orta həcmli ucuz, lakin etibarlı avtobuslar, İsveçrə ilə birgə istehsal edilən dəmir yolu sərnişin qatarları, şəhərdaxili daşımalar üçün ekoloji təmiz qaz-generator mühərrikləri ilə işləyən rahat avtobuslar təklif edə bilərik. Onların yığılmasını Sizin ölkənizdə təşkil etmək olar", - deyə o bildirib.

Lukaşenko Azərbaycanın nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsində Belarusun iştirakının faydalı ola biləcəyini diqqətə çatdırıb:

"Məsələn, Bakının mərkəzi ilə onun şəhərətrafı zonası arasında sürətli relsli nəqliyyatın hərəkətinin təşkil edilməsi, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər arasında əlaqənin daha rahat şəraitinin təmin olunması üçün avadanlıq satışı xəttinin layihələşdirilməsində biz iştirak edə bilərik. Həmçinin tütün və siqaretin qarşılıqlı satışının inkişafı sahəsində sanballı imkanlar var və bu cür münasibətlər uzunmüddətli əsasda yaradılmalıdır.

Azərbaycanın işgüzar dairələrinin iştirakı ilə neft kimyası, energetika, kənd təsərrüfatı sahələrində kooperasiya imkanlarını da nəzərdən keçirmək istərdik. Müasir dünyada informasiya texnologiyaları, informasiyanın qorunması sahələri xüsusilə aktualdır. Bu sahələrdə müştərək layihələr axtarışı üzərində işi davam etdirmək lazımdır. Ümidvaram ki, bugünkü görüş bizim əməkdaşlığın inkişaf etdirilməsi prosesinə əlavə təkan verəcək, onu konkret məzmunla zənginləşdirəcək".

Tarix
2015.11.28 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla