Yuxarı

Xalq artistlərinə bir də belə baxın - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli kinematoqrafiyamızın sütunlarını təşkil edən filmlər mövzuları ilə yanaşı, mükəmməl aktyor oyununa görə də sevilir. Həmin aktyorlar çox vaxt canlandırdığı obrazların adı ilə xatırlanır. Filmlərdə hələ də yaddaşımızda qəhrəman kimi qalan aktyor və aktrisalarımız illər keçdikcə dəyişiblər.

Axar.az tanınmış aktyor və aktrisalarımızın illər əvvəl çəkilmiş fotoları ilə hazırkı görüntülərini təqdim edir:

Amaliya Pənahova

Xalq artisti Amaliya Pənahova kinematoqrafiyamızda mühüm yer tutan "Babək", "Qərib cinlər diyarında", "Arxadan vurulan zərbə" kimi filmlərdə rol alıb. Bakı Bələdiyyə Teatrının bədii rəhbəri olan aktrisanın 70 yaşı var.

Rasim Balayev

Amaliya xanımla "Babək" filmində rol alan Rasim Balayev kinematoqrafiyamızın ən çox sevilən aktyorlarından biridir. Rasim Balayev Azərbaycan kinosunun, bir növ, milli qəhrəmanıdır."Nəsimi", "Babək", "Dədə Qorqud", "Gözlə məni" kimi filmlərdə unudulmaz rollar yaradan xalq artisti 67 yaşındadır.

Leyla Şıxlinskaya

Xalq artisti Leyla Şıxlinskaya da Azərbaycan kinosunun yaşayan əfsanələrindədir. "Gün keçdi", "Arşın mal alan", "Dədə Qorqud" kimi filmlərdə oynadığı unudulmaz, zərif rollarla sevilən aktrisa nüfuzlu mükafatlara layiq görülüb. Azərbaycan xoreoqrafiyası və balet sənətinin inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllif olan xanım Şıxlinskayanın 68 yaşı var.

Fuad Poladov

Daha çox tamaşalarda canlandırdığı obrazlarla rəğbəti qazanan Fuad Poladov "Küçələrə su səpmişəm", "Güllələnmə təxirə salınır", "Qayınana" kimi filmlərimizdə də rol alıb. Hazırda Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərən xalq artistinin 67 yaşı var.

Fəxrəddin Manafov

Azərbaycan tamaşaçısının yaddaşında Zaur olaraq qalan Fəxrəddin Manafov "Ölsəm, bağışla", "Təhminə", "Qəm pəncərəsi", "Gecə qatarında qətl" kimi filmlərdə bir-birindən maraqlı rolları canlandırıb. Fəxrəddin Manafov daha çox türk aktrisa Meral Konratla baş rollarını paylaşdığı "Təhminə"filminə görə sevilir. 1955-ci ildə anadan olan xalq artisti hazırda 60 yaşındadır.

Tarix
2015.11.29 / 09:30
Müəllif
Aqşin, Natiq
Şərhlər
Digər xəbərlər

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

İlham Əliyevin Rusiyaya səfəri başa çatdı

Putin və Heydər Əliyev bunun əsasını qoyublar - Prezident

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi

BAM XXI əsrdə qlobal logistikanı müəyyən edəcək - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla