Yuxarı

Eldar Ryazanov vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinorejissor, SSRİ xalq artisti Eldar Ryazanov dünyasını dəyişib.

Axar.az Lenta.ru-ya istinadən xəbər verir ki, 88 yaşlı rejissor Moskvada yatdığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olub. 1950-ci ildə ilk sənədli filmini çəkib. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər hazırlayıb.

1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru təyin edilib. O, Sergey Qurovla birlikdə ilk Sovet genişekranlı film-revyusunu ərsəyə gətirib.

Bir il sonra tanınmış komedioqraf, "Mosfilm" kinostudiyasının rəhbəri İvan Pıryev Eldar Ryazanovu kinokomediya çəkməyə məcbur edir. Eldar Ryazanov ona 4 dəfə öz etirazını bildirsə də, Pıryev sözündən dönmür. Beləliklə, Ryazanov komediya rejissoruna çevrilir.

E.Ryazanov "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verib.

1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkib. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi məşhur rus aktyorları çəkilib.

Eldar Ryazanovun ən uğurlu filmlərindən biri isə təbii ki, "Avtomobildən qorun" hesab olunur.

Ryazanov daha sonra bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini çəkir.

2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilib. 23 yanvar 2005-ci ildə E.Ryazanovun kinoklubu açılıb. 2010-cu ildə Kino İttifaqının təsisçilərindən biri olub.

Tarix
2015.11.30 / 02:26
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla