Yuxarı

“Moskva 5 rayonun qaytarılmasına öz rəyini verib” – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya siyasi konyunkturanı tez-tez dəyişir və Qarabağ məsələsi ilə dividentlər qazanmağa çalışır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri hazırda Rusiya-Türkiyə arasında yaşanan gərginlik fonunda Dağlıq Qarabağ məsələsinin hərb yolu ilə həlli istiqamətində səsləndirilən fikirlərə münasibət bildirib:

"Artıq iki ildir ki, Rusiya və Azərbaycan arasında Dağlıq Qarabağ hüdudlarından kənarda yeddi rayonun azad edilməsi istiqamətində danışıqlar gedir. Bu danışıqlar normal nəticələrlə bitib. Belə ki, dekabrda Azərbaycan və Ermənistan prezidentləri bir araya gələcək və ən azından beş rayonun qaytarılması gündəlikdə olacaq. Bu yaxınlarda KTMT-nin baş katibinin Dağlıq Qarabağın Azərbaycan torpaqları olmasına dair bəyanatı əbəs yerə deyildi. Ancaq belə bir vaxtda Putinin yaxın adamı Markovun Dağlıq Qarabağla bağlı riyakar açıqlaması göstərir ki, Rusiya Türkiyə ilə məlum təyyarə olayından dolayı Azərbaycana ismarıc göndərir. Bu ismarıc isə Türkiyədən Orta Asiyaya gedən TIR-ların Azərbaycandan tranzit kimi istifadə etməsi ilə bağlıdır. Eyni zamanda, Bakının Rusiyanın yanında olmasına işarə vurulur. Son günlər Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması və Türkiyə xüsusi təyinatlılarının Azərbaycanın tərəfində döyüşə biləcəyinə dair söhbətlər dolaşır. Hətta Azərbaycanın Türkiyə ilə birgə Dağlıq Qarabağ uğrunda yeni müharibəyə başlaya biləcəyi deyilir. Bu, türk siyasi rəsmilərinin çıxışlarından da sezilir. Bir sözlə, son olanlardan sonra Azərbaycana qarşı ənənəvi ideoloji müharibə prosesi başlayacaq. Ancaq rəsmi Bakı hazırda çox təmkinli davranır. İndiki şəraitdə TIR-ın Azərbaycandan keçməsi Bakının Moskvaya münasibətinin dəyişməsi anlamına gəlməməlidir. Azərbaycan tərəfi hələlik Türkiyəyə yönəlik elə bir ciddi addım atmayıb. Ancaq buna rəğmən, Rusiyada Qarabağ istiqamətində fərqli səslər eşidilir. Hər halda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü gözləməkdə fayda var, çünki bu görüşdən çox şey asılıdır".

Tarix
2015.11.30 / 21:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla