Yuxarı

Erməni məkri: düşmən cəbhədə niyə aktivləşib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin son günlər qoşunların təmas xəttində aktivləşməsinin səbəbi onların ənənəvi məkrli siyasəti ilə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov son günlər ermənilərin cəbhədə fəallaşması və ötən gün erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun bir şəhid verməsini şərh edərkən deyib. Onun sözlərinə görə, bütün təxribatlar konkret məqama hesablanıb:

"Diqqət edirsinizsə, hər dəfə Dağlıq Qarabağ ətrafında rayonların boşaldılması barədə müzakirələr gündəmə gələrkən və Ermənistanla bağlı konkret tələblər səsləndirilərkən, ermənilər cəbhədə aktivləşməklə, müxtəlif provokasiyalarla situasiyanı gərginləşdirməyə çalışırlar. Hazırda da Prezident İlham Əliyevin Sərkisyanla görüşü nəzərdə tutulur və rəsmi qurumlar bu görüşün dekabrın əvvəllərində olacağını bildirir. Bu görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sədrinin Qarabağın birmənalı olaraq Azərbaycan torpağı olduğunu bəyan etməsindən sonraya təsadüf edir. Deməli, bu məsələdə Ermənistan konstruktiv addımlara məcbur edilmək üzrədir.

Erməni xisləti isə buna imkan vermir. Onlar hazırda Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sui-istifadə etməklə, təmas xəttində təxribatlar törətmək, lokal toqquşmalar yaratmaq, bununla da danışıqların istiqamətini başqa səmtə yönəltmək fürsəti qazanmağa çalışırlar".

Hərbi ekspertin sözlərinə görə, Türkiyənin lazım gələrsə Azərbaycanla birlikdə Qarabağın azad olunması əməliyyatında iştirak edəcəyini açıqlaması və bunun Rusiyada doğurduğu etirazdan ermənilər iyrənc şəkildə fayda görütməyə çalışır:

"Gah erməni futbol klubu Su-24 insidentinə görə Türkiyəyə məşqə getməkdən imtina edir, gah Ermənistan Sambo Federasiyası "sanksiyaya" qoşulur və s. Diqqət edirsinizsə, Ermənistan Rusiya-Türkiyə münasibətlərinin daha da kəskinləşməsi üçün əlindən gələni edir və heç kəsə, o cümlədən Rusiyanın özünə belə lazım olmayan "həmrəylik" göstərdiyini gözə soxmağa çalışır. Sual oluna bilər: Rusiya Avrasiya İttifaqı və yaxud KTMT təşkilatına üzv dövlətlərlə hər hansı müzakirə açmadığı və Rusiya ilə iqtisadi-siyasi birlikdə olan dövlətlər hələ ki, heç bir addım atmadığı halda ermənilər niyə ortalığa soxulur? Əlbəttə ki, əsas məqsəd öz məkrli niyyətlərini həyata keçirməkdir".

M.Cahangirovun sözlərinə görə, ermənilərin bu tələskənlikləri ciddi səhvlərlə müşayiət olunur:

"Ötən gün açıqladıqları rəsmi rəqəmlərə görə, Ermənistan əhalisinin 64 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır, orduda başıpozuqluq baş alıb gedir, vəziyyət acınacaqlı haldadır; ölkə sosial partlayış ərəfəsindədir və biz bunun simtomplarını avqust ayında gördük. Üstəlik, qarşıdan konstitusiya ilə bağlı referendum gəlir və İrəvan həssas siyasi mərhələyə qədəm qoyub. Belə vəziyyətdə Ermənistan hansı məntiqlə atəşkəsi pozmağa, təxribatlara və provokasiyaya cəhd edir? Görün, erməni hakim dairələri daxili sosial gərginlikdən hansı vəziyyətə düşüb ki, bu təxribatlarla siyasi hakimiyyətin ömrünü uzatmaq, referendumdan qalib çıxmaq, Rusiyanın hazırkı mövqeyini dəyişməklə siyasi dividend əldə etməyə qalxıblar. Belə deyək ki, hazırda erməni ordusunun rəhbərliyi dəli olub və nə edəcəyini bilmir. Onlar güman edir ki, bi təxribatlarla Rusiyaya indiki məqamda Azərbaycanın aktivləşdiyini "sübut edə" bilərlər. Ancaq əlbəttə ki, ermənilərin bu hərbi-siyasi cəhdi fiaskoya uğrayacaq".

Ekspertin sözlərinə görə, Azərbaycan Ordusu hazırda çox geniş imkanlara sahibdir:

"Ordumuz cəbhədə bütün şəraitə nəzarət edir və təxribatların qarşısı da dərhal alınır. Bu isə erməniləri özündən çıxaran əsas amildir. Ermənilərin bu mənada nəyəsə nail olmaq istəkləri də yenə boşa çıxacaq".

Qeyd edək ki, ötən gün erməni hərbi birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun bir əsgəri yaralanmış, biri isə şəhid olmuşdu.

Tarix
2015.12.01 / 10:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla