Yuxarı

“Rusiya təhlükəli oyununu davam etdirir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya təhlükəli oyununu davam etdirir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Feysbuk səhifəsində qeyd edib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə qarşı elan etdiyi iqtisadi və ticarət sanksiyalar və bundan yaranacaq qarşılıqlı çətinliklər problemin bir tərəfidir:

"Putin və onun əsabələri inadkarcasına Türkiyənin İŞİD terrorçularına dəstək verdiyini, onlara silah və sursat ötürdüyünü, neftini aldığını iddia edir. Bu, ikitərəfli münasibətlərdə daha ciddi problemə çevriləcək. Bu günə qədər Əsəd rejimi xaricində heç bir dövlət, hətta Ankaraya dost münasibəti olmayan ölkələr (Yunanıstan, İsrail) Türkiyənin terrorçulara dəstək verdiyini söyləməmişdi. Rusiyada isə bu ittihamlar dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Demək, Kreml Ankara ilə körpüləri yandırmaq xəttindən hələ uzun müddət geri çəkilməyəcək. Bu arada, Rusiya mediasında "Ermənistana və Dağlıq Qarabağa dəstəyimizi artıraq" fikirlərinin sayı artır. Rusiya mediası isə Kreml texnoloqları tərəfindən idarə olunur".

Tarix
2015.12.01 / 00:35
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla