Yuxarı

“Yaşlı aktrisalar gənclərlə mübahisə edir”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən teatrlarda rollara görə nəsillərarası konflikt yaşanır. Yaşlı aktrisaların tamaşalarda gənc obrazları canlandırmaq istəməsi müəyyən mübahisələrə səbəb olur.

Axar.az bu mövzu çərçivəsində gənc aktrisalara belə bir sualla müraciət edib:

"Hansı yaşlı aktrisa ilə rola görə konflikt yaşamısınız və onların tamaşalarda gənc obrazları canlandırmaq istəməsinə münasibətiniz necədir?"

Sənət fəaliyyətini Türkiyədə davam etdirən aktrisa Nigar Bahadırqızı bu mövzuda bəxtinin gətirdiyini dedi:

"Mənim bəxtim onda gətirdi ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası oldum. Çünki bu teatrda yaşlı nəsildən olan aktrisalar mənə çox kömək oldu. İlk gəldiyim gündən teatrın kollektivi arasında çox sevildim. Yaşlı nəsildən qətiyyən paxıllıq, qısqanclıq kimi şeylər görmədim. Düzdür, gənclər arasında bəzi konfliktlər oldu, amma ona da rəqabət deyərdim. Bir reallıq var: Başqa ölkənin sənətkarlarına baxdığımızda Azərbaycanın yaşlı nəsil aktyor və aktrisaları çox ürəyiaçıq və sadədirlər. Bir sözlə, çox xoşbəxt aktrisayam ki, böyük sənətkarlarımızla eyni səhnəni bölüşmüşəm, onlardan məsləhət almışam. Hər birinə minnətdaram".

Nigar Babayevaya görə, yaşlı nəslin gənc aktrisaların rollarını ifa etməsi gülüş doğurur:

"Yaşlı nəsildən olan hansısa aktrisanın rol üstündə mənə qarşı aqressiv davranışını görməmişəm. Amma çox eşitmişəm ki, yaşlı aktrisalar gənc qız rolları oynamaq üstündə gənc həmkarları ilə mübahisə ediblər. Məncə, hər hansı bir rolu oynamaq üçün sadəcə, təcrübə və istedad kifayət etmir. Cülyetta 13 yaşlı bir qız olub. Onu da gərək gənc aktrisa canlandırsın. 60-70 yaşlı bir aktrisa bu rolu ifa etsə, əlbəttə, bu, kənardan çox gülünc görünəcək".

Roza İbadovanın fikrincə, bəzi hallarda yaşlı nəslə haqq qazandırmaq olar:

"Mən özüm travesti aktrisa olduğum üçün həm oğlan, həm də qız rolları ifa edirəm. Özümə qarşı belə bir şey hiss etməmişəm. Çünki mən özüm çox vaxt uşaq rollarını ifa edirəm. Ona görə də mənə qarşı rol üstündə paxıllıq olmayıb. Çünki heç bir 50 yaşı olan aktrisa uşaq rolu ifa edə bilməz. Durub o yaşda Buratino rolunu oynamayacaq ki. Amma olub ki, teatra təzə-təzə gələndə istəyirlər sənə bildirsinlər ki, bax, bura sənin yerin deyil, bura filankəsin yeridir, öz yerini bil. Bu da normal bir şeydir. Yeni gələndə insan bilmir necə etsin, nə etsin. Müəyyən yerlərdə yol göstərməkləri yaxşıdır. Amma bəzən olur ki, nəsə, kimsə xətrinə dəyir, inciyirsən. Zamanla onları da başa düşürsən. Artıq 6 ildir teatrdayam, fikirləşirəm ki, yeni bir aktrisa gəlsə, görəsən, mən nə edərəm, ona qarşı münasibətim necə olar? Məsələn, mənim oynadığım 60-dan çox rol var, onları məndən alıb ona versələr, nə hisslər keçirərəm – onu deyə bilmirəm. Ona görə tam olmasa da, bəzi yerlərdə yaşlı aktrisalara haqq qazandırıram".

Tarix
2015.12.01 / 08:15
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla