Yuxarı

Xanım döyüşçü erməni snayperini məhv etdi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Növrəstə Yusifovadır. O, 1952-ci ildə Bakı şəhərində anadan olub, burada boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil alıb. Birinci Qarabağ döyüşlərinə qədər müxtəlif vəzifələrdə işləyib. Birinci Qarabağ müharibəsi veteranıdır. Subaydır.

Bizi öldürmək üçün Narginə apardılar...

- Söhbətə başlamazdan əvvəl sizə öz minnətdarlığımı bildirirəm ki, bizi yad edirsiniz. Axar.az saytı "Cəbhə xətti" layihəsi ilə bizi sevindirir, çox saytda Qarabağla bağlı layihələr olur, amma sizin bu layihəniz daha çox sevilir, oxunur.

Həyatım o qədər də asan keçməyib. "Azadlıq" meydanından tutmuş, bütün mübarizə meydanlarında olmuşam və nəhayət, Qarabağ döyüşlərinə yollanmışam. Hamı elə bilir ki, sadəcə, 20 Yanvar günü milləti qırıblar, amma elə deyil. Hələ dekabrın 26-sı bizi meydanda tutub avtobuslara doldurdular, sonra Nargin adasına apardılar. Nədənsə bizim avtobus yolda xarab oldu, biz əsgərləri tərk-silah edib qaçdıq. Yəni bu mənim ikinci həyatımdır. Avtobusdan qaça bilməyənləri aparıb Nargin adasında batırdılar.

Qarabağa gedən yol

Qarabağ döyüşlərində iştirakım çox çətinliklə baş tutub. O vaxt Şıxov batalyonunun yaradıldığını eşidəndə başladım bu batalyonu axtarmağa. Elə bilirdim ki, Şıxov batalyonu haradasa dəniz kənarında - Şıxov tərəfdədir. Bir gün başladım axtarmağa, inanın, Bulvardan Səngəçala qədər piyada dəniz qırağında batalyon axtardım, amma tapa bilmədim. Nəhayət, gəldim Lökbatana, gördüm bir polis bölməsi var. Sevinərək bölmədəki polisə belə bir batalyon yaradıldığını və batalyona yazılmaq istədiyimi bildirdim, ancaq məni təxribatçı hesab edib həbsə atdılar. Rəis gələnə qədər məni orada saxladılar. Nəhayət, rəis gəldi, məni rəisə təxribatçı kimi tanıtsalar da, mən özümü təqdim etdim və rəis məni alqışladı, həmin polisləri isə danladı. Məni evimə qədər öz maşını ilə yola saldı. Mənim Qarabağda könüllü savaşmaq istəməyimə izn vermirdilər. O vaxtlar ancaq tibb bacılarını Qarabağa aparırdılar, amma mən bütün imkanlardan istifadə edərək o vaxtkı müdafiə nazirinin və onun sürücüsünün köməyi ilə Qarabağa gedə bildim. Mənə bir şərtlə döyüşə getməyə icazə verdilər. Dedilər, əgər orada bir səhvin olsa, geri çağıracağıq. Hər şərtə razı oldum, yetər ki, döyüşüm. Həmin vaxtlar Xocalı faciəsi də baş vermişdi, artıq dözə bilmirdim. Nəhayət, bizi çağırdılar. Toplandıq, bizi düzdülər, şəklimizi çəkdilər.

Erməni snayperini məhv etdim

Yolda Laçını keçəndə bildim ki, bizi Şuşaya aparırlar.Orada rəhmətlik Salatın Əsgərovanın vurulduğu vilisi gördük, aşmış vəziyyətdə idi. Axır ki, Şuşaya çatıb hamı ilə tanışlığa başladıq, çünki bir parol vardı və hamı onu bilməli idi ki, sonra problem olmasın. Komandirimiz Nail Kazımov idi. Bizi güllə atmağa apardılar. Mənə ermənilərdən alınan snayper verib, at dedilər. Sonra məni posta yolladılar, biz Üç mıx deyilən yerdəki posta getdik. Mövqelər fərqli idi, biz yuxarıda, ermənilər isə aşağıda idilər. Bizim əsgərlər orada rahat gəzirdilər. 6 əsgərimizi snayperlə vurmuşdular, amma bizimkilər haradan vurulduğunu tapa bilmirdilər. Mənə də müvəqqəti olaraq rəhmətlik batalyon komandirim Tofiq Oğuzun beşaçılanını vermişdilər. Günlərlə müşahidələr apardım ki, onların bizi vuran snayperini tapım. Bir gün gördüm ki, üzümlüyün içində pas atmış bir çəllək var. Düşündüm ki, bu, nə ola bilər axı? Kəsəsi, şübhələndim, sən demə, onların bunkeri imiş. Düz həmin bunkerə tərəf atdım, oradan qara tüstü qalxdı. Sonra onlar ratsiya ilə bir-birlərinə dedilər ki, bizim bunker vuruldu, əsgərlərimiz öldürüldü. Ondan sonra bildim ki, onları məhv etmişəm. Bu mənim ilk döyüş təcrübəm idi.

Bico fransızı düz alnından vurmuşdu

Bizdə Vidadi adlı şəkili bir əsgər var idi, valideynlərinin tək övladı idi. Məni də orada Xalaqızı ləqəbi ilə çağırırdılar. Ancaq oradakı əsgərlərlə səmimiyyət qura bilmirdim ki, birdən bu hərəkətimi başqa cür başa düşüb, məni Bakıya qaytararlar. Nə isə, bir dəfə Vidadi kağıza rusca bir şey yazıb mənə verdi. Dedi ki, xalaqızı, bu səndə yadigar qalsın. Məktubu anasına yazmışdı, tərcüməsi də belə idi: "Ana mən döyüşə gedirəm. Əgər mən ölsəm, heç kimi günahkar bilmə". Bu uşaqlar, əslində, Şəkinin ilk könüllüləri idi. Onlara Kosalarda uğurlu döyüş yolu keçmişdilər. Hətta iki livan, bir fransız vətəndaşını da vurub, meyitlərini gətirmişdilər. Onlar ermənilər tərəfindən döyüşürmüşlər. Bico adlı biri vardı, görüb ki, yaxşı bronojiletləri olduğu üçün onları öldürmək mümkün deyil, düz alınlarından vurmuşdu.

6 aylıq körpəni…

İnanın, onların meyitlərini bizim 122 əsirlə dəyişdilər. Amma bu əsirlərin əksəriyyətini zorlamışdılar. Bizim uşaqlar əsirləri lap sovet filmlərindəki kimi qoruyaraq gətirirdilər. Anidən bir qız sıradan qaçaraq özünü dərədən atdı, dərədə hündür tut ağacı vardı, qız tut ağacının budaqlarına keçdi, elə ordaca can verdi. Elə bil mənim o qıza gözüm dəydi, elə gözəl idi ki, saçları, az qala, topuğuna çatırdı. Sən demə, bu qızı zorlayıbmışlar. Bu qızın 15 yaşı varmış, onu elə günə salmışdılar ki, elə bilirdin, 30 yaşı var. 6 aylıq körpəni belə dəfələrlə zorlamışdılar.

Bir dəfəTofiq Oğuz məni çağırıb, ezamiyyət vərəqəsi verdi. Dedi ki, səni Bakıdan çağırırlar. Əsgərlərə də dedi ki, bunu posta qoymayın, əgər kim qoysa, hərbi tribunala verəcəklər, məni də tutacaqlar. Amma mən onu dinləməyib başqa posta qaçdım. Tofiq məni orada da tapdı.

Hamısı avtobusun içində kül olmuşdu

Həmin vaxtlar Tibb İnstitutundan bir avtobus könüllü döyüşçü gəlirdi, ermənilər onları elə vurmuşdular ki, hamısı avtobusun içində kül olmuşdu. İnanın, avtobusun dəmirləri elə yanmışdı ki... Dəhşət idi! Mən orada olanda dedilər ki, onların bizə atdıqları yeri tapa bilmirik. Mən onların atdığı yeri tapdım, ora atdım, oradan göyə tüstü qalxdı, həmin erməniləri də məhv etdim.

Mənim bir yaxşı işim vardı ki, mövqeləri özüm seçirdim. İstədiyimi etdiyim üçün ermənilərə qan uddurmuşam. Tofiq bəy mənim erməniləri vurduğum üçün bir söz demədi, amma məni avtobusa atıb göndərdi Bakıya. Bir söz deyim, bizdə heç vaxt silah, geyim, yemək korluğu olmayıb. Şəkili Taleh vardı, onun dişini paslı kəlbətinlə, novokainsız çəkmişəm.

Ağzına çörək qoyanda ölmüşdü...

Bakıya gəlsəm də, yenidən Şuşa batalyonundan qalan uşaqlarla könüllü kimi Milli Məclisin qabağında toplaşdıq, oradan bizi Yevlaxa yolladılar. Sonra Ağdamın Abdal Gülablı kəndində 4 ay qaldıq. Bizdə erməni texnikasını, əsgərini vurana ezamiyət verirdilər, amma mən əvvəldən demişdim ki, ezamiyət istəmirəm.

Bir dəfə şəkili uşaqları Ağdamın içindən snaryadla vurmuşdular, 12 nəfərdən biri sağ qalmışdı. Biz vilislə uşaqların olduğu hospitala gedirdik, yolda vilisimiz aşdı, az qaldı ölək, amma oradakı polislərimiz bizi çıxardılar. Nəhayət, morqa gəldik, gördüm ki, uşaqlar pis gündədir: kimi ağzına çörək qoyan yerdə ölüb, kimi yanıb şabalıda dönüb, kiminin bədəni ayrılıb. Orada özümdən aslı olmayaraq dizlərimi yerə atdım, ayaqlarım keyidi, məhv oldum. Söz yox, mən çox qan görmüşəm, amma orada çox pis oldum.

Yenidən nazirliyə gəlib, gördüklərimi danışdım. Sonra kəşfiyyat idarəsindən zəng edib məni çağırdılar. Dedilər ki, siz bizimlə müqavilə əsasında döyüşə gedə bilərsiniz, mən bir şərtlə getməyə razı oldum. Dedim ki, tanıdığım uşaqlarla gedərəm. Nə isə, qrupumuzu yığıb Qubadlı və Cəbrayıla getdik. Qubadlıda döyüşlərə girdik. Ən son bizi Fərrux əməliyyatına göndərdilər. Sübhə yaxın bizi satan olmuşdu deyə, ermənilərin atəşinə məruz qaldıq. Məcbur olub geri qayıtdıq.

Gənclərimizə son sözüm budur ki...

İndi ikinci qrup Qarabağ əliliyəm, maşın növbəsinə durmuşam, prezident təqaüdü alıram. Son olaraq gənclərə deyirəm ki, vətəni, milləti sevsinlər. Vətəni sevmək üçün döyüşmək şərt deyil…

Tarix
2015.12.01 / 09:15
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla