Yuxarı

KQB-nin İsraildəki ən məşhur casusu öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin İsraildə olan ən məşhur casusu Markus Klinqberq Parisdə 97 yaşında ölüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.

Qeyd edək ki, Markus Klinqberq İsraildəki gizli bioloji tədqiqatlar institutunun direktor müavini olub. Markus Klinqberq 1983-cü ildə İsrailin Şin Bet əks-kəşfiyyat idarəsi tərəfindən həbs olunub. O, SSRİ kəşfiyyatına çalışmaqda günahlandırılıb. Daha sonra Klinqberq gizli məhkəmədə ömürlük həbs cəzasına məhkum edilsə də, cəza 20 ilə endirilib. 1991-ci ilə qədər Klinqberqin həbsi gizli saxlanılıb və hətta ailəsi bunun haqqında danışmağa cəsarət etməyib. 20 il SSRİ xeyrinə casusluq edən Klinqberq 2003-cü ildə azadlığa çıxıb və həyatının qalan günlərini Parisdə davam etdirib.

İsrail kəşfiyyatı indiyə qədər onun fəaliyyətinin ölkəyə milyonlarla dollar ziyan vurduğunu deyir.

Tarix
2015.12.01 / 10:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla