Yuxarı

"Azersell"ə yeni prezident təyin olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azersell"ə yeni prezident təyin olunub.

Axar.az xəbər verir ki, Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən etibarən "Azersell" Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib.

Bununla bağlı "TeliaSonera" şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson açıqlamasında bildirib:

"Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirmişdir. "Azersell"in tarixində ilk dəfə olaraq, azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram".

Qeyd edək ki, Mürsəliyev şirkətin Hüquq və İdarə İşləri Departamentinin direktoru vəzifəsi ilə bərabər, cari ilin yanvar ayından "Azersell" prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərirdi.

Vahid Mürsəliyev "Azersell" Telekom MMC-də 2005-ci ildən çalışır. 10 il ərzində Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.

V. Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparmışdır, bundan əlavə Biznesin İdarə Olunması üzrə sertifikata malikdir. O, eyni zamanda, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, həmçinin, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

Tarix
2015.12.01 / 11:26
Müəllif
Vüqar Şahinoğlu
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla