Yuxarı

Bakıda İnternet Forumu keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

3-cü Regional İnternet İdarəçilik Forumu dekabrın 4-də "Bakutel 2015" Sərgi-Konfransı çərçivəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT İnkişaf Proqramının Bakı Ofisi təşkilatçılığı ilə keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, "RİFAZ 2015"- 3-cü "Regional İnternet İdarəçilik Forumu Azərbaycan" adlı tədbir "İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması" devizi altında ADA Universitetində keçiriləcək.

Forumun əsas məqsədi, İKT-nin regional inkişaf mərkəzi olan Azərbaycanda, yerli və beynəlxalq İKT mütəxəssislərini bir araya gətirmək və əməkdaşlıq əlaqələrini dərinləşdirmək imkanı təqdim etməkdir.

Tədbirdə Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdən olan hökumət strukturlarının, biznes, elm sahələrinin və vətəndaş cəmiyyətinin nümayəndələri İnternet şəbəkəsinin aktual problemlərini müzakirə edəcəklər.

Xatırladaq ki, bu tədbirə qədər ölkəmiz müxtəlif illərdə və ölkələrdə təşkil edilmiş forumlarda yaxından iştirak edərək təcrübə mübadiləsi aparıb və nailiyyətlərimiz nümayiş etdirilib.

Tarix
2015.12.01 / 11:50
Müəllif
Vüqar Şahinoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla