Yuxarı

“Nardaran olayı xaos istəyənlərin əməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsəd odur ki, qan su yerinə axsın, insanlar bir-birini öldürsün, vətəndaş müharibəsi ilə ölkə uçuruma yuvarlansın və Azərbaycan idarəolunmaz bir ölkəyə çevrilsin.

Bunu Axar.az-a Milli Məclisin deputatı Fəzail Ağamalı Nardaran hadisələrini şərh edərkən deyib. Deputatın sözlərinə görə, xarici qüvvələrin təsiri altında olan bir qrup şəxs ölkədə sabitliyi pozmaq niyyətindədir:

"Baş verən hadisələrin Azərbaycanda tolerantlıq mühitinə təsir göstərmək imkanı sıfıra bərabərdir. Çünki tolerantlıq, multikulturalizm Azərbaycan xalqının mənəviyatından, ənənələrindən və həyat tərzindən irəli gəlir. Heç şübhəsiz ki, bunu da reallaşdıran, həyata keçirən ölkədəki idarəçilik sistemi və yaradılmış mühitdir. Ulu öndərdən başlayaraq bu günə qədər ölkə prezidenti səviyyəsində həmin mühitin yaradılmasına xüsusi diqqət və əhəmiyyət verilir. Ancaq bununla bərabər bütün dünyada olduğu kimi Azərbaycanda da dini zəmində təriqətlərarası qarşıdurma yaratmaq, etnik zəmində vətəndaş müharibəsi törətmək kimi layihələr var. Bu layihələrin həyata keçirilməsi üçün uzun illərdən bəri cəhdlər edilir. Məqsəd odur ki, Şərq ölkələrində - Liviyada, Yəməndə, Suriyada və İraqda olduğu kimi, Azərbaycanda da qan su yerinə axsın, insanlar bir-birini öldürsün, vətəndaş müharibəsi ilə ölkə uçuruma yuvarlansın, Azərbaycan idarəolunmaz bir ölkəyə çevrilsin, sərvətləri həmin ölkələr tərəfindən talansın və işğal olunmuş torpaqlarımız da Ermənistana qalsın. Niyyət budur".

Millət vəkilinin sözlərinə görə, ölkədə radikalizmin inkişafı üçün heç bir mühit yoxdur və edilən cəhdlərin də nəticəsi olmayacaq:

"Bu niyyətdə olan xarici qüvvələr "5-ci kalon" vasitəsi ilə, himayə etdikləri, maliyyələşdirdikləri şəxslər vasitəsi ilə öz planlarını həyata keçirməyə çalışırlar. Bunun bariz nümunəsini biz dini meyillər üzərində görürük. Bu yaxınlarda hüquq-mühafizə orqanlarının Taleh Bağırovla bağlı üzə çıxardığı məlumatlar da bunu təsdiq edir. Onu bu və ya digər şəkildə himayə edən Milli Şura deyilən qurum da məhz ölkədə qarşıduruma yaratmağın tərəfdarı kimi çıxış edir. Onlar da xaricdən himayə olunur. Beləcə, bu qruplaşmaların məqsədi Azərbaycanda hər bir ölkənin qibtə etdiyi sabitliyi pozmaqdır.

Dünyanın aparıcı institutları, beynəlxalq təşkilatlar Azərbaycandakı tolerantlıq, multikulturalizm modelini öyrənməyə çalışır. Buna mane olmaq istəyənlər Azərbaycanı fəlakətlər girdabına salmaq niyyəti güdür. Lakin bunun həyata keçirilməsi mümkün deyil. Çünki ölkəmiz bu gün güclüdür. Xalqla prezidentin sıx vəhdəti, birliyi var. Azərbaycan xalqı da mahiyyət etibarı ilə, özünün xarakterinə, söykəndiyi dəyərlərə görə məhz tolerantlıq, multikulturalizm kimi çox nadir, üstün dəyərləri olan xalqdır. Ölkədə radikalizmin inkişafı üçün heç bir mühit yoxdur və edilən cəhdlərin də heç bir nəticəsi olmayacaq".

Tarix
2015.12.01 / 13:06
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla