Yuxarı

Nardarana gətirilən meyitlər dəfn olundu - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:48

Nardaranda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbəyə gətirilib.

Report-un xəbərinə görə, Nardaran qeydiyyatında olan üç nəfərin meyiti hazırda qəsəbədədir. Onların yaxın saatlarda dəfn ediləcəyi bildirilir.

Xatırladaq ki, hüquq-mühafizə orqanları hazırda Nardaranda xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaranda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Ölənlərdən üçü Nardaran sakinidir.

2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

***

Nardaranda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbə qəbiristanlığında dəfn olunub.

Dəfn olunanlar Nardaran qeydiyyatında olan Əkbər Babayev, Fərahim Bünyatov və Rəfael Bünyatovdur.

Tarix
2015.12.01 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla