Yuxarı

Yeni ehtiyat valyutadan gözləntilər – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuanın səbətə daxil edilməsi daha çox avroya zərbə vurub. Avropa valyutasının payı 7% azalıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib. S.Əliyevin fikrincə, digər valyutaların da payında azalma olub:

"BVF rəhbəri bu qərarını Çin iqtisadiyyatının son illər dünya maliyyə sisteminə inteqrasiya ilə əlaqələndirib.

Çin hökuməti də bunun üçün çox çalışdı. Məsələn, xarici mərkəzi banklar üçün daxili valyuta və borc bazarını açdı. Bütün üstünlükərə rəğmən, yuan hələ ki, ehtiyat valyuta, borc bazarında borclanma vasitəsi qismində Avstraliya və Kanada dollarına uduzur. Dünya valyuta ehtiyatlarında payı 1,1%, beynəlxalq ödənişlərdə 2,8%-dir".

Ekspert hesab edir ki, yuan səbətdə fiksə olunmuş məzənnəyə malik yeganə valyuta olacaq:

"Yuan həm də sərbəst dönərli valyuta deyil. Hökumət 2020-ci ildən tez məzənnəni sərbəstləşdirmək niyyətində deyil.

Yuanın BVF-nin səbətinə daxil edilməsi Çinə üstünlüklər verməklə yanaşı, müəyyən çətinliklər yaradacaq. Əvvəla, Çin valyutasının dünyada prestiji daha da artacaq. İkincisi, ölkəyə kapital axını stimullaşacaq.

Müxtəlif hesablamalara görə, 2020-ci ilə kimi kapital axını 600 milyard dollar həcmində ola bilər. Üçüncüsü, yuana inam daxili borclanma imkanlarını artıracaq".

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu dünən Çin valyutası yuanı özünün SDR (xüsusi borclanma hüququ) səbətinə daxil edib. 2016-cı il oktyabr ayının 1-dən etibarən yuan səbətə daxil olan 5 valyutadan biri olacaq.

Hazırda səbət ABŞ dolları, avro, funt-sterlinq və yuan olmaqla 4 valyutadan ibarətdir. Çin valyutası səbətdə 3-cü ən böyük paya (10,92%) malik olacaq. Digər valyutaların payı isə belədir: ABŞ dolları - 41,73%, avro - 30,93%, yuan - 8,33, funt-sterlinq - 8,09%.

Tarix
2015.12.01 / 13:15
Müəllif
Vüqar Şahinoğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla