Yuxarı

Millət vəkili: "Dindarın əlində qumbara olar?"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kəs dövlət qarşısında şərt qoya bilməz.

APA-nın məlumatına görə, bunu Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Azərbaycan vətəndaşı qanuna tabe olmalı, heç bir ayrı-seçkilik olmamalıdır: "Dövlətə qarşı ərköyünlük şəraiti yaratmaq olmaz. Dövlətin hansısa kənddən çəkindiyini söyləmək də düzgün deyil. Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox. Bu, sırf təhlükəsizlik məsələsidir. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, hər bir vətəndaş qanuna tabe olsun, sabitlik qorunsun".

S. Novruzov qeyd edib ki, Nardaranda baş verən adi kriminal hadisə deyil: "Burada ixtisaslaşmış, xüsusi hazırlanmış dəstədən söhbət gedir. Saxlanılanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur, başqa rayonlardan gəlib, başqa ölkənin ərazisində təlim keçiblər. Bu, sırf terror hadisələrinin həyata keçirilməsi, insanlarda xof yaradılması üçün yaradılmış dəstədir. Bu, terror qrupudur. Onlar dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlər təşkil etmək, Konstitusiya quruluşunu dəyişmək istəyiblər".

Tarix
2015.12.01 / 13:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla