Yuxarı

Şəkərbura, yoxsa parta arxasında təhsil...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Regional Televiziya şirkətinin və Lənkəran şəhər Gənclər və İdman idarəsinin tərəfdaş təşkilatçılığı ilə Aysel Babazadənin "Bəs mənim hüququm?" adlı qısametrajlı filmin təqdimatı olub.

Axar.az xəbər verir ki, təhsildən yayınaraq məcburi əməyə cəlb olunan məktəbli uşaqdan bəhs edən film Salyanda məktəblilər qarşısında nümayiş olunub.

Film real hadisələr əsasında ekranlaşdırılıb. Valideynlərinin təkidi ilə dərsdən yayınaraq əməyə cəlb olunan Arif öz yaşıdları kimi çiynində çanta məktəbə yollanmaq, təhsil almaq arzusundadır. Amma valideynlərin arzusu övladlarının gətirdiyi qazancı yeməkdir. 12 yaşlı məktəblinin küçədə, çiynində şəkərbura satmaq yox, parta arxasında oturub təhsil almaq haqqı var. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəmiyyətdə öz övladlarının gələcəyini düşünməyən bu tip valideynlər var. Filmin adından da bəlli olur ki, Arif valideynlərinə səslənir: "Bəs mənim hüququm?!."

Filmin nümayişinin noyabr ayına təşkil olunması əbəs yerə deyil. Bütün dünyada olduğu kimi Azərbaycanda da 20 noyabr tarixi uşaq hüquqlarının müdafiəsi günü kimi qeyd olunur.

Filmin növbəti günlərdə Lənkəran, Masallı, Biləsuvar və Neftçala rayonlarında təqdimat olacaq.

Qeyd edək ki, film Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ekranlaşdırılıb.

Tarix
2015.12.01 / 18:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla