Yuxarı

Rusiyadan Türkiyə ilə bağlı - Sərəncam

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş naziri Dmitri Medvedyev Türkiyəyə qarşı nəzərdə tutulan iqtisadi sanksiyalar haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda Türkiyə və Rusiya arasında iqtisadi sahədə aparılan hökumətlərarası əməkdaşlığın dayandırılması qeyd olunub.

Sərəncamda yer alan digər bəndlər isə bunlardır:

* Türkiyə və Rusiya arasındakı uçuşlarla bağlı təhlükəsizlik tədbirləri artırılacaq.

* Dekabr ayının 10-a qədər fəaliyyəti məhdudlaşdırılacaq Türkiyə şirkətlərinin siyahısı hazırlanacaq.

* Türkiyədən gətirilən meyvə-tərəvəz növlərinə qadağa tətbiq edilir. Bunların içərisində portağal, mandalin, üzüm, şaftalı, ərik, çiyələk və pomidor da var.

Bundan əlavə, Türkiyə qeydiyyatı olan TIR-ların Rusiya ərazisində hərəkəti məhdudlaşdırıla və yaxud tamamilə qadağan edilə bilər.

Tarix
2015.12.01 / 19:04
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla