Yuxarı

Müsəlmanlar dünyanı necə dəyişdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya tarixində əhəmiyyətli rol oynayan bir çox ixtiranın yaranmasında müsəlman alimlərinin böyük xidmətləri olub. Həmin alimlər yeni kəşflər etməklə yanaşı, həm də elm aləminə yanlış şəkildə təqdim olunan bəzi fikirlərin düzgün variantını açıqlayıb.

Axar.az müsəlmanların dünyaya bəxş etdiyi ixtiraları təqdim edir:

Dünyada ilk dəfə işığın gözün içinə girərək qırılması nəticəsində görmə qabiliyyətinin yarandığını kəşf edən şəxs X əsrdə yaşamış müsəlman alimi İbn Xeytamdır.

Mayeləri fərqli qaynama nöqtələrinə görə bir-birindən ayırmağı ilk dəfə müsəlman elm xadimi Cabir Xayyan tapıb.

Şahmatın bu gün oynanılan forması ilk dəfə İranda təkmilləşdirilib. Sonralar isə Qərbə yayılıb. X əsrdə ispanlar Əməvilər vasitəsilə şahmatla tanış olublar.

Rayt qardaşlarının ilk uçuş sınaqlarından 1000 il əvvələ qədər 852-ci ildə Abbas Firnas adlı bir ərəb Kordobadakı Ulucaminin minarəsindən taxtadan düzəldilmiş qanadlarla tullanıb. Uçmaq istəsə də, uça bilməmişdi. Ancaq taxta qanadların yaratdığı paraşüt funksiyası ilə yüngül bir şəkildə yerə enib. O, 70 yaşında ikən ipək və qartal tüklərindən hazırladığı qanadlar vasitəsilə yenidən uçmağa cəhd edib. Bu dəfə isə 10 dəqiqə havada qalmağı bacarıb.

Səlib yürüşləri zamanı müsəlmanları xristian əsgərlərin təcavüzkarlığı yox, onların çox nadir hallarda yuyunmaqları və bədənlərindən pis iy gəlməsi dəhşətə gətirirdi.

Düz hərəkəti fırlanan hərəkətə çevirən mil sistemini Əl Ciziri adlı müsəlman alim ixtira edib.

Rəvayətə görə, Cənubi Efiopiyanın Kafa bölgəsində ərəb əsilli çoban Xalid qoyunlarının bir bitkini yeyəndən sonra canlandığını görüb. Bu bitkiləri toplayıb və qaynadaraq içib. Nəticədə qəhvəni kəşf edib.

Qübbə və kəmər şəklindəki abidələr müsəlman memarlarının məhsuludur. Xüsusilə qübbə memarlığı ilə bağlı biliklər Avropaya islam alimləri vasitəsilə daşınıb. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olub.

Dünyada bu gün istifadə edilən cərrah alətlərinin hamısının son dizaynları Əndəlüs Əməvilərindən Zəhraviyə aiddir. Neştər, sümük mişarları, göz əməliyyatı qayçılarının da daxil olduğu 200 cərrahi alət müasir tibdə də istifadə edilir.

Yel dəyirmanı ilk dəfə İranda kəşf edilib və Ərəb ölkələrində təkmilləşdirilib. Avropada külək dəyirmanı 500 il əvvəl istifadə edilməyə başlanıb.

İlk peyvənd də islam dünyasında təkmilləşdirilib. Çiçək peyvəndinin Avropada istifadəsindən 50 il əvvəl Osmanlıda uşaqlara çiçək xəstəliyinə qarşı peyvənd vurulurdu.

İçərisi mürəkkəblə doldurulan ilk qələm 953-cü ildə əllərini mürəkkəbə batırmaq istəməyən Misir sultanının istəyi ilə ixtira edilib.

Mühüm riyazi elmlərdən olan alqoritm və triqonometriya islam dünyasından Avropaya gedib.

Xalça toxuculuğundakı texniki biliklərin böyük hissəsini müsəlmanlar tapıb.

Müasir bank çekinin kökü də ərəblərdə istifadə edilən və "sak" adlandırılan kağız idi. Ərəblər pullarını karvan basqınları zamanı qorumaq üçün kağıza yazırdılar.

Tarix
2015.12.01 / 19:14
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla